/ / Forumun “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa”sında 27 məruzə dinlənilib
Forumun “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa”sında 27 məruzə dinlənilib
04.10.2014 [10:53]
Oktyabrın 3-də AMEA-nın Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”da ABŞ, İtaliya, Rusiya, Özbəkistan, Türkiyə, Misir, Malta, Koreya Respublikası, Serbiya, Macarıstan, Almaniya, Tacikistandan və digər ölkələrdən gəlmiş alimlər, Nobel mükafatı laureatları iştirak ediblər.
“Dəyirmi masa”nın moderatoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Forumun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu möhtəşəm tədbir Azərbaycanın dünya ilə dialoqudur. IV Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən olan alimlərin, ictimai-siyasi xadimlərin və ziyalıların müzakirə aparmaları üçün önəmli platformadır.
“Dəyirmi masa”nın mövzusundan danışan AMEA-nın vitse-prezidenti deyib ki, gələcəyi qurmaq üçün əməkdaşlığa, dialoqa böyük ehtiyac var. Artıq dördüncü ildir ki, keçirilən Bakı Forumu dünya miqyasında mühüm əhəmiyyət kəsb edir. Forum humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib. Bu forumların işində dünyanın siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər. Diqqəti cəlb edən digər xüsusiyyət Forumun yüksək səviyyədə təşkilidir.
Azərbaycan xalqının milli mənəvi dəyərlərindən söz açan akademik İsa Həbibbəyli ölkəmizin son illər sürətli inkişaf tempindən, hər zaman sülhü dəstəkləməsindən söz açıb.
Akademik bildirib ki, qloballaşmanın çağırışları olduqca yenidir. Qloballaşma şəraitində, ənənəyə münasibətdə dayanıqlılıq, davamlılıq mühüm prinsiplərdəndir. Dayanıqlı olmayan, möhkəm milli kökə söykənməyən və ardıcıl olaraq davam edib, vətəndaşlıq hüququ qazana bilməyən ənənələr qloballaşma dövrünün tələblərinə cavab verə bilməzlər. Azərbaycanda həmişə, bütün əsirlər boyu mövcud olan dayanıqlı və möhkəm ənənələr olub.
Akademik deyib: “Fikirləşirəm ki, transformasiyalar, dəyişmələr bəşəri dəyərlərə, dünyəvi prinsiplərə uyğun olmaqla bərabər, həm də ölkə maraqlarına cavab verməlidir. Bu bölmənin əsas işi dünyadakı müxtəlif baxışları, müxtəlif yanaşmaları müzakirə edərək ortaq dəyərləri tapmaqdan ibarətdir. İnanıram ki, bu istiqamətdə müzakirələrimiz uğurlu olacaq və yaxşı nəticələr əldə edəcəyik”.
Azərbaycan xalqının milli mənəvi dəyərlərindən söz açan akademik İsa Həbibbəyli, Şərqə Qərbin qovşağında yerləşən ölkəmizin tarixi inkişaf mərhələlərindən, son illərdəki sürətli inkişaf tempindən, hər zaman sülhü dəstəkləməsindən danışıb.
Nobel mükafatçısı, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Peter Artur Daymond bildirib ki, iqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyildir. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə vardır. Bu baxımdan “dəyirmi masa”da müzakirə ediləcək məsələlər böyük əhəmiyyət daşıyır.
Nobel mükafatçısı deyib: “IV Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşma zamanı ortaya çıxan bir sıra problemlər barədə danışılacaq. Qarşımızda duran əsas vəzifələrdən biri də bu problemlərin həlli istiqamətində çalışmaqdır. Düşünürəm ki, bu məsələ qloballaşmanın əsas çağırışlarından biridir və iqtisadiyyatın davamlı inkişafı naminə dövlətlər biznesin fəaliyyətinə daha çox diqqət göstərməlidir, münasib qanunvericilik olmalıdır”.
“Oriyentalizm və postoriyentalizm: elmi tədqiqatların yeni problematikası” mövzusunda keçirilən “dəyirmi masa”nın birinci bölməsində doqquz məruzə dinlənilib.
Tədbirin ilk çıxışçısı Alessandro Politi “Beynəlxalq siyasətdə təmayüllər və uzunmüddətli ssenarilər” mövzusundakı çıxışında müasir dünyada baş verən hadisələrdən, Şərqdəki münaqişə ocaqlarından, beynəlxalq güclərin sülh naminə göstərdiyi çağırışlardan söz açıb.
Günün birinci yarısında tanınmış alim və mütəxəssislər - İrina Popova “XXI əsrdə klassik şərqşünaslıq: problemlər və perspektivlər”, Bəxtiyar Babacanov “Sovet və postsovet oriyentalizminin akademik və ideoloji konnotasiyaları”, Mehmet Kalpaklı “Qloballaşmanın çağırışları: Türkiyə və türk mədəniyyəti ənənə və transformasiya arasında”, Şahin Mustafayev “Tarixi arxetiplər və kimlik arayışları”, Henri Frendo “Avropada, Şimali Afrikada və Orta Şərqdə sülh və azadlıq çağırışları”, Benedetto Della Vedova “Qloballaşma: yekcinslik yox, plüralizm kimi”, Mehdi Kazımov “Müasir mərhələdə nizamişünaslıq problemləri” və Fernando Orlandi “Azərbaycan: dil quruculuğu və milli identiklik” mövzusunda məruzələri ilə tarixi keçmişdən, bu günədək mövcud olan dəyərlərdən, müsbət mədəni inkişafdan, xalqlar arasında körpü rolunu oynayan dil amilindən, iqtisadiyyatın millətlərin həyat tərzindəki rolundan və digər məsələlərdən söz açıblar.
“Şərq-Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar” mövzusuna həsr olunmuş digər işçi bölmədə italiyalı alim Alessandro Vitallenin “Qloballaşma, beynəlxalq parçalanma, birgəyaşayış və müharibə transformasiyası” mövzusundakı çıxışı maraqla qarşılanıb.
Bakıda olmasından məmnunluğunu ifadə edən alim bildirib ki, 20 ildə planetdə böyük dəyişikliklər baş verməkdədir. Bu gün baş verən münaqişələrə yönəldilən təzyiqlər heç də beynəlxalq hüquq müstəvisində yerinə yetirilmir. Bu olduqca xoşagəlməz haldır.
Alim, bu gün dünyadakı mövcud vəziyyəti təhlil edərək söyləyib ki, münaqişələr həllini tapmadıqca, daha böyük fəsadlar törədiləcək və insan tələfatının sayı durmadan artacaq ki, bu da yolverilməzdir.
Bölmə iclasında Koreya Respublikasından Hi Su Li, Azərbaycandan Teymur Kərimli, İmamverdi Həmidov, Serbiyadan Predraq Simiç və digərləri məruzələr ediblər.
Günün son bölmə iclası “Yeni sosiomədəni meyillər və postsovet məkanında identiklik axtarışları” mövzusunda həsr edilib.
Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva “Modernləşmə prosesində Şərq-Qərb sivilizasiyalararası dialoqunun rolu” mövzunda məruzəsində vurğulayıb ki, Azərbaycanda sivilizasiyalararası dialoq çox uğurlu şəkildə müzakirə olunur.
Professor bildirib ki, müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin artması ilə səciyyələnir.
Vurğulanıb ki, qloballaşan dünyada dinc yanaşı yaşamanın təmin edilməsinə yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun mövcudluğudur. Dialoq dinlərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər.
Şərqşünaslıq İnstitutunun direktoru bildirib ki, Azərbaycan modernləşmə yolunda nailiyyətləri ilə Şərqin əksər ölkələrini geridə qoyub.
Tədbirdə “Tarixi baxımdan türklər, xalqlar və kimlik”, “Sekulyar və dini mədəniyyətlərin dialoqu müasir dövrün çağırışlarının həllinin işlək mexanizmi kimi”, “Müasir oriyentalistikanın islam dünyasının tarixinə yeni baxışı” və digər mövzularda məruzələr dinlənilib.
Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıra suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “dəyirmi masa”ya yekun vuraraq burada dinlənilən məruzələri, səsləndirilən fikir və təklifləri yüksək qiymətləndirib və hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Dəyirmi masa”nın sonunda IV Baklı Beynəlxalq Forumun Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

