Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mixail Şvıdkoy: Multikulturalizm siyasəti millətlərarası sülhün qorunub saxlanmasının yeganə düzgün yoludur

Mixail Şvıdkoy: Multikulturalizm siyasəti millətlərarası sülhün qorunub saxlanmasının yeganə düzgün yoludur

09.10.2014 [09:38]

“Rossiyskaya qazeta”da Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Foruma həsr edilmiş “Tərcümə çətinlikləri” sərlövhəli məqaləsi dərc olunub.
M.Şvıdkoy yazır ki, artıq dördüncü dəfə keçirilən və “humanitar Davos” adlandırıla bilən foruma görkəmli alimlər və mədəniyyət xadimləri, dünya şöhrətli siyasətçilər və jurnalistlər toplaşır.
Müəllif yazır: “IV Forumun “dəyirmi masa” mövzularının adlarından da göründüyü kimi, onlar müasir dünya nizamının çoxsaylı problemlərini əks etdirir: “Müqayisəli multikulturalizm tədqiqatları: nəzəriyyədən humanist praktikaya”, “Rəqəmsal dövrdə medianın transformasiyaları: inkişafın yeni trendləri”, “Qloballaşma çağırışları: ənənə ilə transformasiya arasında”, “İnnovasiyalı inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Texnologiyaların konvergensiyası və gələcəyin cizgiləri: XXI əsrin əsas çağırışları” və s. Məhz bu səbəbdən, həmin problemlərin müzakirə edilməsi üçün kimyadan iqtisadiyyata qədər ən müxtəlif bilik sahələri üzrə Nobel mükafatı laureatlarının böyük bir qrupu Bakıya gəlmişdi”.
Onun fikrincə, bu problemlər təkcə nəzəriyyəçiləri deyil, həm də praktiki siyasətçiləri narahat edir. Avropa ölkələrinin keçmiş prezidentləri Azərbaycandan və Rusiyadan başlamış Meksika və Braziliyaya qədər müxtəlif ölkələrin hazırda fəaliyyətdə olan parlamentariləri və senatorları, icra hakimiyyəti nümayəndələri ilə birlikdə bu problemlərin müzakirəsində iştirak etdilər.
Məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevin, habelə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışlarında fundamental və innovasiyalı dəyərlər barədə müasir təsəvvürlər təhlil edildi, dövlətin və cəmiyyətin inkişafında həmin dəyərlərin rolu şərh olundu. Azərbaycan Prezidentinin nitqində Ermənistan-Azərbaycan münasibətləri problemlərinə əvvəlki forumdakı ilə müqayisədə daha çox yer ayrılmışdı. İlham Əliyev Öz nitqində çoxmillətli dövlətin lideri kimi Onu ciddi maraqlandıran bir mövzuya - müxtəlif dini konfessiyalara mənsub olan millətlərin və xalqların birgəyaşayışı mövzusuna xeyli yer ayırmışdı. Əlamətdar haldır ki, forum çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin açılması forumun yekun bəyənnaməsində xüsusi vurğulanıb. “Multikulturalizm” sözü Prezident İlham Əliyevi qorxutmur, özü də təkcə ona görə yox ki, Rusiya Federasiyası kimi, Azərbaycan da müasir dövlətlər çərçivəsində vətəndaşların mədəni fərqlərini və etnosların mədəni müxtəlifliyini nəzərdə tutan bir sıra mühüm beynəlxalq sənədi imzalamış və ratifikasiya etmişdir. Bu gün “titul millət” ilə yanaşı, bir sıra xalqların və etnik qrupların yaşadığı Azərbaycanın rəhbərliyinin fikrincə, multikulturalizm siyasəti millətlərarası sülhün qorunub saxlanması üçün yeganə düzgün yoldur. Əlbəttə, bu heç də o demək deyildir ki, dövlət dilini bilməyə ehtiyac yoxdur. Əksinə, dövlətdə vəzifə tutmaq, fəal sosial həyat tərzi üçün dövlət dilini bilmək zəruridir. Lakin başqa mədəniyyətlərə və konfessiyalara hörmət, onlara tolerant münasibət dövlətin və cəmiyyətin sabit inkişafının yeganə rəhnidir”.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31