Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “İŞİD”ə qarşı müharibədə Azərbaycan Türkiyəyə dəstək verəcək

Siyavuş Novruzov: “İŞİD”ə qarşı müharibədə Azərbaycan Türkiyəyə dəstək verəcək

09.10.2014 [09:59]

“İŞİD” Türkiyə ərazisində təhlükə yaradacaqsa, Azərbaycan strateji müttəfiq kimi Türkiyəni hərtərəfli şəkildə dəstəkləyəcək”. Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı təhlükəsizlik müqavilələri buna imkan verir. “Lakin Türkiyə hələ ki “İŞİD”ə qarşı müharibəyə başlamayıb. Baş nazirin koalisiya qüvvələri qarşısında şərti var ki, Türkiyə “İŞİD”ə qarşı o zaman quru əməliyyatlarına başlayacaq ki, bu əməliyyatlar sonradan Suriyada davam edəcək. Hələlik nə NATO, nə də koalisiya qüvvələri ilə razılığa gəlməyiblər”, - deyə Siyavuş Novruzov vurğulayıb.

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31