/ / Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
10.10.2014 [09:23]
Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov aktual mövzuya həsr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, kitabın ən böyük məziyyəti onun rus dilində yazılması və Moskvada nəşr olunmasıdır.
R.Hüseynov qeyd edib ki, akademik Ramiz Mehdiyevin yeni əsərində Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri dərindən araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Rus dilinin dünyada geniş yayılması kitabın daha çox oxucuya çatdırılacağını şərtləndirir və əsərin əhəmiyyətini daha da artırır.
R.Hüseynov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin qələmindən çıxan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan ən sanballı əsərlərdən olan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı təkcə bir alimin deyil, bütövlükdə Azərbaycan xalqının mövqeyini əks etdirir. Kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, akademik Ramiz Mehdiyevin yeni kitabı dövlətçiliyimizin möhkəmlənməsi, erməni saxtakarlığının ifşa edilməsi yolu ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfədir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə yaratmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixşünaslığımızda, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edən əsərdir.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli, tarix elmləri doktorları Abbas Seyidov, Kamil İbrahimov monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırma istiqamətlərindən danışıblar. Kitabın məziyyətlərindən bəhs edən alimlər bildiriblər ki, Ramiz Mehdiyevin yeni əsəri çox yüksək elmi-nəzəri səviyyədə, tarixi faktlar, zəngin mənbələr əsasında yazılıb. Monoqrafiya tarix elmimizin böyük nailiyyətidir. Burada qədim mənbələr, arxeoloji, antropoloji faktlar əsasında sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o cümlədən Cənubi Qafqaza gəlmədirlər, onlar bu yerlərə çar Rusiyası tərəfindən köçürülüblər. Moskvada nəşr olunan kitab rusdilli oxucular üçün, eləcə də münaqişənin kökləri ilə maraqlanan tarixçi alimlər üçün əhəmiyyətli mənbədir.
Tədbirdə kitabın müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılması təklif edilib.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43

