/ / AzərTAc İranın xəbər agentlikləri ilə hərtərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir
AzərTAc İranın xəbər agentlikləri ilə hərtərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir
17.10.2014 [09:35]
Azərbaycan-İran əlaqələrinin inkişafında KİV mühüm rola malikdir. Bu baxımdan AzərTAc İranın xəbər agentlikləri ilə hərtərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Bu fikir oktyabrın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) bir qrup iranlı jurnalistlə keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov qonaqlara AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. AzərTAc ilə İranın İRNA və MEHR xəbər agentlikləri arasında əlaqələrdən bəhs edən Baş direktor etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına tərəfdar olduğunu diqqətə çatdırıb, beynəlxalq və regional media qurumlarında birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
AzərTAc-ı qarşıda mühüm hadisələr gözləyir. 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi keçiriləcək, 2019-cu ilədək bu qurumlara AzərTAc rəhbərlik edəcək. Bu haqda məlumat verən Baş direktor beynəlxalq miqyaslı həmin tədbirlərin İranın xəbər agentlikləri ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacağını deyib.
A.Aslanov AzərTAc ilə İranın xəbər agentlikləri arasında əlaqələrin davamlı inkişafına nail olmaq üçün qarşılıqlı səfərləri artırmağı, təcrübə mübadiləsi aparmağı təklif edib.
Görüşdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin qurulmasında mühüm xidmətləri xatırlanıb, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olmasından məmnunluqla söhbət açılıb. Baş direktor Azərbaycan Prezidentinin İrana son səfərinin ölkələrimiz, o cümlədən KİV arasında əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Azərbaycan artıq beynəlxalq siyasi, humanitar, idman tədbirlərinin keçirildiyi bir məkandır. Bakı Beynəlxalq Humanitar Forumu bu tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edir. Bakı Humanitar Forumunun hətta Davos İqtisadi Forumu ilə müqayisə olunduğunu söyləyən Aslan Aslanov bu mötəbər tədbirin dünyanın bütün qitələrində böyük rəğbət qazandığını, bəşəriyyəti düşündürən aktual məsələlərin həllinə töhfə verdiyini deyib.
Medianın ölkələrimiz arasında əlaqələrin dərinləşməsində xüsusi rol oynadığı barədə fikrə şərik çıxan iranlı jurnalistlər AzərTAc-ın materiallarını müntəzəm izlədiklərini, saytın yeni dizaynını bəyəndiklərini söyləyiblər. Onlar bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammiti ilə bağlı məlumatları AzərTAc-ın operativ yayımladığı videoxəbərlər vasitəsilə aldıqlarını bildiriblər. Belə bir fikir də səslənib ki, iranlı jurnalistlərin Bakıya bu səfəri, keçirilən görüşlər ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Sonda baş direktor A.Aslanov iranlı jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

