Dünya ölkələri Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərirlər
17.10.2014 [09:36]
Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçirilən Beynəlxalq Konfransda 20-dən çox ölkədən yüzlərlə nümayəndənin iştirakını bu layihəyə böyük marağın göstəricisi kimi qiymətləndirmək olar.
AzərTAc xəbər verir ki, konfransda region, Avropa və Asiya ölkələrinin, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Konfrans Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və ona olan etibarın daha da möhkəmləndirilməsi məqsədi daşıyıb. Eyni zamanda, konfrans yeni dəmir yolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək BTQ xəttinin Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsini və yüklərin birbaşa Qafqaz üzərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin edəcəyini, eyni zamanda, region ölkələrinin tranzit imkanlarını yüksəldəcəyini bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometr dəmir yolu yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam yenilənməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.
Həyata keçirilən genişmiqyaslı layihələrdən birinin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olduğunu deyən Z.Məmmədov bildirib ki, bu ilin sentyabrında limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.
Z.Məmmədov avtomobil yolları infrastrukturu barədə də məlumat verərək deyib ki, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi həyata keçirilir və bütün bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
“Müasir dünyada nəqliyyat sektorunun inkişaf etdirilməsi və inteqrasiyası qaçılmazdır. Bu mənada Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr dünyaya bir örnəkdir”, - deyən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan BTQ dəmir yolunun tarixi İpək Yolunun canlandırılmasında önəmindən danışıb. Qeyd edib ki, Türkiyə sərhədləri daxilində 700 milyon dollarlıq sərmayə ilə 79 kilometrlik yeni dəmir yolunun inşası nəzərdə tutulmuşdu. Hazırda onun 83 faizi tamamlanıb. Bu dəmir yolu xətti sadəcə nəqliyyat layihəsi deyil, xalqları, ölkələri bir-birinə birləşdirən körpüdür. Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarının da gələcəkdə bu layihəyə qoşulması ilə Orta Asiya-Avropa dəmir yolu bağlantısı yaranacaq. BTQ dəmir yolu xətti Orta Asiyanın Xəzər üzərindən Türkiyəyə bağlanmasını, Avropa-Orta Asiya arasında daha qısa, daha təhlükəsiz və ətraf mühitə daha həssas bir yol üzərindən daşımaları təmin etmiş olacaq. Eyni zamanda, mövcud Şərq-Qərb marşrutlarına alternativ yeni bir xətt formalaşacaq.
Ölkəsinin tranzit potensialı barədə məlumat verən Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili BTQ dəmir yolu xəttinin region ölkələrinin iqtisadi inkişafına verəcəyi töhfələrdən danışaraq, layihənin beynəlxalq daşımaçılıqda oynadığı önəmli rolu vurğulayıb.
TRASECA Hökumətlərarası Komissiyasının Baş katibi Eduard Biryukov BTQ dəmir yolunu nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün də çox mühüm əhəmiyyətə malik layihə kimi dəyərləndirib. Dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına gətirib çıxaracağını vurğulayan E.Biryukov bildirib ki, bu layihə, eyni zamanda, turizm potensialına əlavə töhfə verəcək, Xəzər və Qara dəniz arasında bağlantını təmin edəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə, beynəlxalq daşımalarda mühüm rol oynayır. Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək.
Sonra digər ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların və maliyyə institutlarının rəhbərləri çıxış ediblər. Bildirilib ki, BTQ yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eləcə də Asiya respublikaları üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımaları həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Çin, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr də bu dəmir yoluna maraq göstərirlər.
Sonda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq Konfransın Yekun Bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, bu ilin sonunda BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması gözlənilir. Ümumiyyətlə, nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

