IV Bakı Beynəlxalq Humanitar Forumu uzun müddət yaddaşlardan silinməyəcək
23.10.2014 [10:21]
“İntellektual Davos” kimi tanınan Bakı Forumu beynəlxalq səviyyədə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi kimi qiymətləndirilir
Bildiyimiz kimi, müstəqil, güclü dövlət quruculuğunun uğurlu modelini formalaşdıran Azərbaycanın ümumi inkişafı ilə cəmiyyətdəki sabitlik, harmoniya, mehriban birgəyaşayış mühiti bir-birilə tamamilə səsləşir. Beynəlxalq səviyyədə də fərqli mədəniyyətlər arasında müsbət münasibətlərin, sabitlik və təhlükəsizliyin təmin olunmasına, mövcud konfliktlərin aradan qaldırılmasına maraq göstərən Azərbaycan bu məqsədlə sivilizasiyalararası dialoqu və multikulturalizmi dünyada təbliğ edir. Bu baxımdan, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycandakı multikulturalizmin, tolerantlığın təbliğində, eləcə də dünyanı narahat edən məsələlərdə dialoq yolu ilə ortaq məxrəcə gəlmə təşəbbüslərinin artırılmasında çox mühüm vasitədir. Təsadüfi deyil ki, artıq “intellektual Davos” kimi tanınan Bakı Forumu beynəlxalq səviyyədə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi kimi yüksək qiymətləndirilir.
Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumu bir sıra xarici media qurumlarında olduğu kimi, Vyetnam Xəbər Agentliyi tərəfindən də geniş işıqlandırılıb. Forumla bağlı məlumatda bildirilir ki, 60 ölkədən 500 nümayəndəni cəlb edən Forumda XXI əsrdə bəşəriyyətin üzləşdiyi problemlər müzakirə olunub. Həmçinin, Forumdakı müzakirələrdə qloballaşma kontekstində humanitar məsələlərin işıqlandırılmasında medianın rolu, eləcə də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq çərçivəsində XXI əsrin problemləri barədə də fikir mübadiləsi aparılıb.
Məlum olduğu kimi, IV Bakı Beynəlxalq Humanitar Forumunun yekunları və Azərbaycanın uğurları “İsrailin səsi” İsrail Dövlət Radiostansiyasının “Günün aktual hadisələri” verilişində geniş şərh olunub. Radiostansiyanın daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib ki, çox əhəmiyyətli beynəlxalq tədbir olan Bakı Humanitar Forumu dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin nitqi parlaq, konkret və yaddaqalan olub. Arye Qut füsunkarlığı ilə göz oxşayan Bakının beynəlxalq humanitar əməkdaşlıq üçün beynəlxalq məkana, “intellektual Davos”a çevrildiyini deyib: “Azərbaycan rəhbərliyinin siyasəti, tolerantlıq və multikulturalizm ideyası təbliğ etməsi Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanılmasına, dünyada bu siyasətin bundan sonra da möhtəşəm müasir və güclü Azərbaycan modeli nümunəsində inkişaf və təbliğ etdirilməsinə yönələn strategiyasının əksidir”.
Azərbaycanda multikulturalizm barədə suala cavab verən A.Qut bildirib ki, Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və səmimi münasibəti bir İsrail vətəndaşı kimi onda qürur hissi doğurur. Arye Qut vurğulayıb: “Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və vətənidir. Qədim Azərbaycan torpağında yəhudilik və İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadıqları yeganə və unikal yerdir və Azərbaycanın həqiqi qürur mənbəyidir”.
Ekspert əlavə edib ki, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və həssas geosiyasi əhatədə yerləşən, habelə Cənubi Qafqazın lideri olan Azərbaycan ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. A.Qutun sözlərinə görə, insanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bir dövrdə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsi İsraildə müşahidə edilir və dəyərləndirilir. Onun sözlərinə görə, Azərbaycan, əslində İslam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər. Arye Qut daha sonra bildirib ki, Azərbaycanın dünyanın intellektual və siyasi elitası, o cümlədən planetimizin rəngarəng mədəni palitrasını qoruyub saxlamağa qadir olan qlobal sivilizasiyanın açarlarını tapmağa çalışan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq məkana çevrilməsi danılmaz faktdır.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski isə əksər ölkələrdən fərqli olaraq Azərbaycanın tarixi dini dözümlülük ənənələrinə malik olduğunu deyib: “Azərbaycan tarixən dini dözümlülük ənənələri olan bir ölkə kimi müxtəlif dinlərin nümayəndələri üçün doğma yurd olub. Onlar son minillik və bəlkə də, daha qədim dövrdən bu günədək heç bir dini dözümsüzlük və ya ayrı-seçkiliklə üzləşməyiblər. Təəssüf ki, eyni sözləri dünyanın bir çox ölkələri barədə demək mümkün deyil”.
Hülya
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

