/ / Şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi öz işini başa çatdırıb
Şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi öz işini başa çatdırıb
31.10.2014 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirəsi oktyabrın 30-da öz işini başa çatdırıb.
AzərTAc xəbər verir ki, seminar-müşavirənin sonuncu - üçüncü günündə gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanda gənclər siyasəti və idmanın inkişafı, tələbə qəbulu, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə, ailə, qadın, uşaq, ali təhsil və s. məsələlər geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib.
Seminar-müşavirədə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev informasiya təminatı və statistik göstəricilər əsasında analitik təhlillərin aparılması, yerlərdə birbaşa ünsiyyətin qurulması, o cümlədən səyyar qəbulların təşkili, ictimai-siyasi həyatın qiymətləndirilməsi, Heydər Əliyev mərkəzlərinin imkanlarından geniş istifadə, cəmiyyətin fəal təbəqələri ilə sıx əməkdaşlığın qurulması və gənclərin boş vaxtlarında idman klublarına cəlb olunması, məktəblilər arasında ölkəmizin təbliği ilə bağlı müxtəlif mövzularda layihələrin hazırlanması və digər məsələlərin vacibliyini qeyd edib.
Sonra seminar-müşavirənin iştirakçılarına sertifikatlar təqdim olunub.
Seminar-müşavirənin iştirakçıları günün ikinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

