Litva Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir
01.11.2014 [12:47]
Oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, O.Əsədov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Sədr inandığını bildirib ki, V.Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. Bildirilib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb.
Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatların mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması ümumi məqsədlərə xidmət edir.
Söhbət zamanı O.Əsədov yüksək səviyyəli siyasi münasibətlərin, iqtisadi əlaqələrin inkişafı üçün də münbit zəmin yarandığını söyləyib. Qeyd edilib ki, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Valdas Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

