/ / Umud Rəhimoğlu Cəzasızlığa Son Beynəlxalq Gününün və Əl-Cəzirə Media Şəbəkəsinin 18-ci ildönümünün qeyd olunması üçün beynəlxalq simpoziuma qatılıb
Umud Rəhimoğlu Cəzasızlığa Son Beynəlxalq Gününün və Əl-Cəzirə Media Şəbəkəsinin 18-ci ildönümünün qeyd olunması üçün beynəlxalq simpoziuma qatılıb
04.11.2014 [09:43]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu 1-3 noyabr tarixlərində Beynəlxalq Cəzasızlıq gününün qeyd olunması və Əl-Cəzirə Media Şəbəkəsinin yaradılmasının 18-ci ildönümü münasibəti ilə düzənlənən simpoziuma qatılıb. 2 noyabr BMT-nin Baş Assambleyasının 2013-cü ilin dekabr ayında qəbul etdiyi qətnamə ilə Beynəlxalq Cəzasızlığa son beynəlxalq günü kimi qeyd edilməkdədir. Beynəlxalq Cəzasızlığa Son beynəlxalq günü dünya ictimaiyyətinin, vətəndaş cəmiyyəti təşkilatlarının, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, qanunsuz həbslərə, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Əl-Cəzirə Media Şəbəkəsinin İnsan Haqları və Media departamenti tərəfindən Dohada təşkil edilən bu tədbirdə BMT Baş Assambleyasının qətnaməsi əsasında gələcək fəaliyyət mexanizmlərinin gücləndirilməsi, medianın vəziyyəti və jurnalistlərə qarşı risk hallarının azaldılması, təhlükəsiz fəaliyyətin təmin edilməsi ilə bağlı BMT-yə üzv dövlətlərin fəaliyyət perspektivlərinə dair İşçi Planını hazırlayıb Cenevrə İnsan Haqları İnstitutuna və BMT Baş Assambleyanın diqqətinə çatdırmaqdan ibarət olub. Tədbirdə, jurnalistlərin təhlükəsizliyi-çətinliklər və uğurlu təcrübələr, jurnalistlərin müdafiəsi və mətbuat azadlığı, Media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə edilib. Müzakirələr zamanı, qloballaşan dünyada jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib. U.Rəhimoğlu beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasını qəbul edilən qərarlara etimadsızlıq yaratdığını ifadə edib. Bununla yanaşı, BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasımda assosiativ əlaqələrin genişləndirilməsini uğurlu addım hesab etdiyini bildirib. Müzakirələr zamanı media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib qərarlar qəbul edilib. Görüşdə UNESCO, İCRC, BMT İnsan haqları Təlim mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqularının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və nüfuzlu media orqanlarının kapitanları iştirak edib. Günün sonunda Əl-Cəzirə Media Şəbəkəsinin 18-ci ildönümü münasibəti ilə beynəlxalq simpozium keçirilib. U.Rəhimoğlu, həmçinin, Əl-Cəzirə rəhbərliyi ilə görüşüb və BAMF-in təbrik plaketini və qədim Bakını əks etdirən miniatür Azərbaycan xalçasını Əl-Cəzirə rəhbərliyinə hədiyyə edib. Əl-Cəzirənin icraçı direktoru Mustafa Souj Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanması, ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılması, Qarabağ münaqişəsinin işıqlandırılmasında maraqlı olduğunu bildirib. Simpoziumun növbəti günündə U.Rəhimoğlu Misirdə media və insan haqlarının vəziyyətinə dair təşkil olunan qapalı müzakirələrə qatılıb. Səfər çərçivəsində Umud Rəhimoğlunun Afrikanın media qurumlarını özündə birləşdirən Media Təşəbbüsləri Forumunun direktoru Erik Çinje, UNESCO-nun ərəb ölkələrindəki direktoru xanım Anna Paolini, Beynəlxalq Əmək təşkilatının proqramlar üzrə meneceri Helena Harrof-Tavel, Mətbuat Emblemi Kompaniyasının BMT üzrə nümayəndəsi Gianfranko Fattorini, Bəhreynin Siyasi və Media Münasibətləri İnstitutunun nümayəndəsi doktor Ebrahim əl Şeyx və digər şəxslərlə səmərəli danışıqları olub. Bundan sonra Umud Rəhimoğlu Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevlə görüşüb. Görüş zamanı Azərbaycanın tanıdılması və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları və institutları ilə birgə səylərin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

