/ / Samir Şərifov: Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısına hazırlıq yüksək səviyyədə gedir
Samir Şərifov: Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısına hazırlıq yüksək səviyyədə gedir
05.11.2014 [10:03]
Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə müdiri Samir Şərifov noyabrın 4-də Bakıda səfərdə olan AİB-in prezidenti Takehiko Nakao ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə AİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, Bankın Rəhbərlər Şurasının 2015-ci ilin may ayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə olunub.
Samir Şərifov AİB-in İllik Toplantısına hazırlıq prosesinin yüksək səviyyədə getdiyini və Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirəcəyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin nail olduğu sürətli sosial-iqtisadi inkişaf, mötəbər beynəlxalq tədbirlərə, sammitlərə, konfranslara ev sahibliyi edən respublikamızın bu sahədəki təcrübəsi, həmçinin Bakı şəhərində yaradılmış müasir infrastruktur bu cür mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə imkan verir. S.Şərifov, eyni zamanda, Azərbaycanın tranzit və logistika sahəsində əlverişli imkanlara malik olmasının və paytaxtdakı mövcud otellərin say və tutumunun da təşkilatçı ölkə kimi iştirakçıları yüksək səviyyədə qarşılamağa imkan yaratdığını vurğulayıb.
Takehiko Nakao tədbirə ev sahibliyi etməklə bağlı Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdiyini və Bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-ci İllik Toplantısının uğurlu olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, toplantıya 3000-dən çox iştirakçının, o cümlədən nazirlər və digər hökumət rəsmilərinin, inkişaf tərəfdaşlarının, özəl sektor nümayəndələrinin, alimlərin, vətəndaş cəmiyyəti təşkilatlarının, gənclər və media təmsilçilərinin qatılacağı gözlənilir.
Görüş zamanı Azərbaycanın güclü inkişafı, makroiqtisadi sabitlik, qeyri-neft sektorundakı dinamik artım, həmçinin səhiyyə, təhsil və su təchizatı sektorlarında əldə olunan nailiyyətlər təqdir olunub, dayanıqlı və əhatəli iqtisadi inkişafa AİB-in necə dəstək verə biləcəyi barədə fikir mübadiləsi aparılıb.
T.Nakao bildirib ki, AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası respublikaya öz iqtisadiyyatını daha da şaxələndirməkdə kömək edəcək.
1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

