ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb
07.11.2014 [09:48]
Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin icraçı katibi xanım Şeri Tros imzalayıblar.
Bu sənəd ADT-nin müvafiq dəstəyi əsasında ADA Universiteti və təşkilata üzv dövlətlərdə yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.
Hafiz Paşayev imzalanmış sənədin dünyanın bu bölgəsini təmsil edən tələbələrin ADA Universitetinə daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını söyləyib. Rektor əlavə edib ki, ADT ilə əməkdaşlıq, eyni zamanda, Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq. Hafiz Paşayev ADT təmsilçilərini ADA Universitetinin fəaliyyəti haqqında məlumatlandırıb. Bildirilib ki, Azərbaycanın ən qabaqcıl və dinamik təhsil ocaqlarından olan ADA Universiteti təsis edildiyi gündən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı və yeni tərəfdaşlıqların təsis edilməsinə davamlı şəkildə əhəmiyyət verib. Hazırda Universitet yüksək dünya standartlarına cavab verən təhsil proqramları tədris etməkdədir.
Amerika Dövlətləri Təşkilatının inkişaf üzrə icraçı katibi Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrdən danışıb, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə verəcəyi töhfəni qeyd edib. O, əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT-yə üzv dövlətlərdə insan kapitalının inkişafına verəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.
1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT-nin 35 üzvü var. Təşkilat Amerika qitəsinin bütün müstəqil dövlətlərini özündə birləşdirir. Bu baxımdan ADA Universitetinin imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş coğrafiyanı əhatə edən ADT-yə üzv dövlətlər arasında uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm rol oynayacaq. Saziş bir neçə ildən bəri ADA Universitetinin Amerika qətisi ölkələri ilə apardığı fəaliyyətləri daha da gücləndirəcək. Bu günədək Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər əsasında Meksika, Argentina, Ekvador və Baham adalarından olan tələbələr ADA Universitetində təhsil alıblar, bəzi Latın Amerikası ölkələrinin diplomatları isə qısamüddətli təlimdən bəhrələniblər. Universitet Argentina və Kolumbiya təhsil təsisatları ilə anlaşma memorandumları imzalayıb, Braziliya, Kuba və Argentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət edib və arzu edən tələbələrə ispan dilinin tədrisini təmin edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

