Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir
19.11.2014 [10:08]
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda rektor, akademik Urxan Ələkbərov çıxış edərək “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin öz məqsədlərinə çatmaq üçün xarici qüvvələrdən də istifadə edərək Azərbaycana qarşı müxtəlif ərazi iddiaları irəli sürdüklərini söyləyib.
Rektor ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi, terrorçuluğa qarşı mübarizə üzrə ekspert Azər Səlimov “Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir” mövzusunda məruzə ilə çıxış edib.
A.Səlimov deyib ki, müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. Terrorçuluqla mübarizədə bütün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir. Azərbaycan terrorçuluqdan uzun illər əziyyət çəkən bir ölkə olub. XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşan Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdi, Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal edildi, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum oldu. Müstəqilliyimizin bərpasından sonrakı illərdən etibarən Azərbaycan ərazisində 373 terror aktı törədilib ki, onların nəticəsində minlərlə insan həyatını itirib, yaralanıb, şikəst olub. Azərbaycan dövlətinə və xalqına böyük maddi və mənəvi ziyan dəyib. Azərbaycan xalqı erməni təcavüzkarlarının törətdiyi, XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını yaşayıb.
“Sovet təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti” mövzusunda məruzə ilə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor Cəlal Qasımov bildirib ki, ermənilər bolşevik imperiyasından kifayət qədər yararlanıb və öz xeyirlərinə istifadə ediblər. C.Qasımov ermənilərin Azərbaycanın milli mənəvi dəyərlərini özününküləşdirmək, görkəmli şəxsiyyətləri, milli təfəkkürə malik insanları aradan götürmək və ərazini parçalayıb ələ keçirmək planlarından danışıb. O əlavə edib ki, Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin bu fəaliyyətinə son qoyuldu.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov konfransda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər” mövzusunda çıxış edib.
F.Sadıqov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlardan biri də itkin düşmüş insanlarla bağlıdır. Beynəlxalq hüquqda müharibələr həmişə tənqid olunur. Çünki müharibələr zamanı insanlar həlak olur, əsir düşür, girov götürülürlər. Bu gün Azərbaycanın üzləşdiyi problem isə çox fərqlidir. İnsanlar yaşadıqları yerlərdən, dədə-baba yurdlarından deportasiya olunublar, sonra silahlı münaqişə başlayıb. Bu münaqişə nəticəsində Azərbaycanda 20 mindən çox insan həlak oldu. Bu günə qədər isə 4 mindən artıq itkin düşmüş vətəndaş var. Hazırda komissiya onların axtarışı ilə məşğul olur. Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi ölkəyə gətirilib, bir qismi isə erməni girovluğundan azad olunub.
İşçi qrupunun rəhbəri deyib: “Azərbaycana qarşı törədilən soyqırımı siyasətinin fərqli cəhəti ondan ibarətdir ki, ən dəhşətli müharibələr zamanı belə mülki əhaliyə ermənilərin bizə göstərdiyi kimi qəddar münasibət göstərilməyib. Bu, soyqırımı siyasətidir, həm də Azərbaycanın tarixinə, mədəniyyətinə qarşı cinayət aktıdır”.
F.Sadıqov deyib ki, axtarış prosesində bir sıra digər məqamlar - azərbaycanlılara qarşı işgəncələr, memarlığımıza, mədəniyyətimizə, tarixi abidələrimizə yönəlmiş cinayət faktları da üzə çıxır.
Konfransda digər çıxış edənlər bildiriblər ki, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq, soyqırımı, terrorçuluq və silahlı separatçılıq siyasətinə, eləcə də tarixi ərazilərimiz, maddi mənəvi abidələrimizlə bağlı iddialara qarşı mübarizənin daha da gücləndirilməsi, birbaşa hücum taktikasına üstünlük verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tövsiyələri rəhbər tutularaq bu istiqamətdə görülən işlərin daha məqsədyönlü və planlı şəkildə təşkili önəmlidir. Bunları nəzərə alaraq müvafiq dövlət qurumları, eləcə də Azərbaycan və Türkiyə diaspor təşkilatları arasındakı əlaqələr, habelə ölkələrimizin beynəlxalq miqyasda mövcud siyasi-iqtisadi və elmi dairələrlə münasibətləri daha da inkişaf etdirilməlidir.
Sonda Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzinin və İctimai Televiziyanın birgə hazırladıqları “Dünya həqiqəti bilməlidir” adlı sənədli filmi nümayiş etdirilib.
Konfransda Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin məsul əməkdaşları da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

