Milli Məclisdə 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başa çatıb
21.11.2014 [10:01]
Milli Məclisin noyabrın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ilə bağlı müzakirələrə başlayıblar.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Biz çalışırıq ki, büdcəmizdə vəsait çox olsun, qarşıda duran bütün problemlər həllini tapsın. Bir məsələni nəzərə almalıyıq ki, ötən 20 il ərzində Azərbaycan hansı inkişaf yolunu keçib. 1990-cı illərin əvvəllərində bizim büdcəmizdə cəmi 70 milyon manat vəsait var idi. İndi isə Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə, hesab edirəm ki, bu büdcə ilə biz 2015-ci ildə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik. Əlbəttə, nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında hansı hadisələr baş verir. Büdcənin təqdimatı zamanı hökumət nümayəndələri də qeyd etdilər ki, beynəlxalq iqtisadiyyatda hansı hadisələrin baş verməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yarana biləcək təlatümlərə hazırdır”.
Milli Məclis sədrinin birinci müavini 2015-ci ilin büdcəsinin qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək bir sənəd olduğunu bildirib.
Ziyafət Əsgərov deyib ki, Azərbaycanın çox uğurlu siyasəti var. Bu siyasətin kökündə iki amil dayanır. Biri daxili sabitlikdir, digəri isə uğurlu büdcə siyasətidir. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışıq. Təbii ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.
Çıxış edən deputatlar bildiriblər ki, 2015-ci ilin büdcə layihəsinin gəlirlərinin və xərclərinin təhlili qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün heç bir təhlükənin olmadığını göstərir.
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxış edərək deyib ki, hazırda faiz dərəcələrinin aşağı salınması istiqamətində Mərkəzi Bank tərəfindən ardıcıl tədbirlər görülür. 2003-cü ildən 2014-cü ilə qədər Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdən təxminən 3,25 faizə düşüb. İqtisadiyyatın pulla təminatı səviyyəsinin artırılması üçün ciddi addımlar atılıb. Bu dövrdə iqtisadiyyata Mərkəzi Bank tərəfindən yönəldilən pulun həcmi təxminən 34 dəfə artıb. Bu gün pula, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır, təklif bazarı deyil. Biz bilirik ki, tələbat çox olanda, tələblə təklif arasında nisbət böyüyəndə, tələbin xeyrinə olanda qiymətlər daha yuxarı olur. Biz bir sıra addımlar atmağı planlaşdırırıq. Maliyyə Nazirliyi ilə də bu məsələni müzakirə edirik ki, faiz dərəcələrinin aşağı salınması, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması üçün hansı addımlar atmaq olar? Burada dövlətin rolu nədən ibarətdir? Biz başlıca işi görmüşük. Azərbaycanda inflyasiya aşağı səviyyədədir, ölkəmizdə makroiqtisadi sabitlik var.
Təhsil naziri Mikayıl Cabbarov dövlətin sosial siyasətinə uyğun sınaq qiymətləndirmədən keçmiş müəllimlər üçün əməkhaqqının artırılması istiqamətində görülən işlərdən danışaraq bununla bağlı müvafiq qərar layihəsinin razılaşdırma mərhələsində olduğunu deyib. Nazir qeyd edib ki, Bakı şəhəri ərazisində yerləşən məktəblərdə keçirilən sınaq qiymətləndirmənin məqsədi təhsildəki zəif yerlərin müəyyənləşdirilməsidir. İkinci mərhələdə sınaq qiymətləndirmədən keçən müəllimlər üçün təkmilləşmə imkanı yaradılır. Bundan sonra isə attestasiya prosesinə keçilir.
Azərbaycanda müəllimlərin və şagirdlərin sayı ilə bağlı məlumat verən nazir qeyd edib ki, hazırda ölkəmizdə 1 müəllimə 9 şagird düşür. Bu gün ölkəmizdə 1 milyon 322 min şagird var. Müəllimlərin sayı isə 151 mindir.
Mikayıl Cabbarov qeyd edib ki, həyata keçirilən islahatlar təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Ancaq islahatlar həyata keçirilərkən sosial məsələlər də nəzərə alınmalıdır. Bildirilib ki, müəllimlərin cəmiyyətdə nüfuzunun qaldırılması istiqamətində də bir sıra həvəsləndirici işlər görülür. Bu işlər artıq öz nəticəsini verməkdədir.
Sonra maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatlarının təkliflərinə münasibət bildirib.
Nazir bildirib ki, dövlət büdcəsində ölkəmizin müdafiə qüdrətinin daha da artırılması ilə bağlı kifayət qədər vəsait nəzərdə tutulub. Bu da Azərbaycan Prezidenti tərəfindən bu sahədə aparılan məqsədyönlü siyasətin maliyyə təminatını yaradır.
Samir Şərifov qeyd edib ki, ölkəmizdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə dövlət büdcəsindən də göründüyü kimi, xüsusi əhəmiyyət verilir. Bu istiqamət üzrə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kifayət qədər maliyyə vəsaitləri ayrılır. Təkcə onu qeyd etmək kifayətdir ki, ümumiyyətlə, aqrar sahənin daha da təkmilləşdirilməsi üçün gələn ilin büdcəsindən əlavə 55 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Samir Şərifov bildirib ki, növbəti il dövlət və icmal büdcəsi yarana biləcək risklərin idarə edilməsinə tam cavab verir. Büdcənin xərclərinin təmin edilməsi üçün kifayət qədər imkanımız və təcrübəmiz var. İrəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək, yekun plenar iclasda onlarla bağlı əlavə məlumatlar veriləcək.
Daha sonra gündəlikdəki digər məsələlərə - “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanun layihələrinə baxılıb.
Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi layihəsi barədə məlumat verən Fondun sədri Elman Mehdiyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etməkdədir. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadi həyatı ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən mexanizmləri səmərəli fəaliyyət göstərir və daim təkmilləşdirilir. Bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir. Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi layihəsi də bilavasitə həmin inkişaf parametrlərinə, o cümlədən cari ilin ötən dövrü ərzində sığorta-pensiya sisteminin fəaliyyətinin əsas göstəricilərinə istinadən tərtib olunub.
Sonra Milli Məclisin işlər müdiri Firudin Hacıyev parlamentin 2015-ci il üçün xərclər smetası, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2015-ci il üçün xərclər smetası haqqında məlumat veriblər.
Bununla da Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırılıb.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsi də təsdiqlənib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50

