/ / Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib
Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib
21.11.2014 [10:04]
Noyabrın 20-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iIə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən akademiyanın rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev Tomas Baxın idman aləmində tanınmış şəxsiyyət, idman tədbirlərinin təşkilatçısı olduğunu, ömrünün böyük bir hissəsini beynəlxalq Olimpiya hərəkatının təbliği və inkişafı işinə həsr etdiyini bildirib.
A.Əbiyev T.Baxın idman sahəsindəki xidmətlərindən danışıb, onun maraqlı idman bioqrafiyası olduğunu söyləyib. Qeyd edilib ki, T.Bax 1976-cı ildə Monrealda qılıncoynatma üzrə Olimpiya çempionu, 1977-ci ildə Argentinanın Buenos-Ayres şəhərində dünya çempionu olub. 1991-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin, 1996-cı ildə isə həmin təşkilatın İcraiyyə Komitəsinin üzvü seçilib.
T.Bax 2000-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti seçilib. Peşəkar hüquqşünas olan T.Bax Beynəlxalq Olimpiya Komitəsinin hüquq komissiyasına rəhbərlik edib. O, ötən il elə bu qurumun prezidenti seçilib. T.Bax idmanla bağlı çoxlu elmi məqalələrin müəllifidir. Bunlardan biri Olimpiya ideyalarının həyatda reallaşdırılması ilə bağlıdır.
A.Əbiyev deyib ki, Olimpiya hərəkatının, ideyalarının inkişafındakı xidmətləri nəzərə alınaraq Elmi Şuranın qərarına əsasən T.Bax akademiyanın fəxri doktoru adına layiq görülüb.
Sonra A.Əbiyev fəxri doktor diplomunu, mantiya və medalını qonağa təqdim edib.
Nüfuzlu bir akademiyada fəxri doktor adına layiq görüldüyünə görə minnətdarlığını və şərəf hissi duyduğunu bildirən Tomas Bax Olimpiya Oyunlarının insanlara və bütövlükdə cəmiyyətə faydalarından danışıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib. Bildirib ki, idmanda böyük nailiyyət qazanan Azərbaycan idmançılarının bu təhsil ocağının məzunları olması akademiyanın nüfuzunun göstəricisidir. Akademiya gənclərin idman və təhsildə vəhdət təşkil etməsinin bariz nümunəsidir. Akademiyanın idmanının inkişafına, gənclərə və cəmiyyətə layiqli töhfə verdiyini bildirən T.Bax bunun Azərbaycanın beynəlxalq miqyasda tanınmasına da müsbət təsir etdiyini diqqətə çatdırıb, bunun gənc bir ölkə üçün çox vacib olduğunu vurğulayıb. Bildirib ki, akademiyanın məzunları arasında Olimpiya və dünya çempionları var. Deməli, bu ali təhsil ocağı istedadlı idmançıları yetişdirmək baxımından böyük əhəmiyyətə malikdir. Akademiyada görülən işlər Azərbaycanın gənclərinin gələcəyinə elmi yatırım hesab olunur.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un keçmiş prezidenti Jak Roqq və başqaları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

