/ / “Beşinci kolon”un təmsilçiləri Batumidə Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsini həzm edə bilmirlər
“Beşinci kolon”un təmsilçiləri Batumidə Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsini həzm edə bilmirlər
26.11.2014 [09:47]
Yaxud, Forumdakı qələbəmiz nəinki erməniləri, eləcə də, onların daxilimizdəki havadarlarını - “sapı özümüzdən olan baltaları” da çox məyus edib
Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Gürcüstanın Batumi şəhərində keçirilən 6-cı illik toplantısı öz işini bir neçə gün əvvəl başa vursa da, bu tədbir ətrafında KİV-də müzakirələr səngimək bilmir. Bu işdə isə daha çox radikal düşərgənin təsiri altında olan bəzi KİV-lər, eləcə də, ermənilərlə işbirliyində olan antimilli qüvvələr öndə gedirlər. Beləliklə, məsələyə tam aydınlıq gətirilsin deyə təkrar bu mövzuya qayıtmağı məqsədəuyğun bildik.
Əvvəla ondan başlayaq ki, Batumi Forumuna Azərbaycan nümayəndə heyəti 19 nəfər səsvermə hüquqlu və 7 dəvət olunan şəxs qismində qatılmışdı. Forumda iştirak edəcək nümayəndə heyətinin tərkibi hələ iyun ayında 53 qeyri-hökumət təşkilatını (QHT) özündə birləşdirən (hazırda bu say 60-dır) Azərbaycan Milli Platforması tərəfindən seçilmiş, yekun siyahı isə qurumun İdarə Heyətinin iyul ayında keçirilən yığıncağında təsdiq olunmuşdu. Bunları nədən xatırladırıq? Çünki üstündən 5 ay keçəndən sonra bəzi müxalifət təmsilçilərinin ortaya düşüb, guya, Forumda iştirak edən nümayəndə heyətinin üzvlərinin yalnız iqtidaryönlü QHT-lərin rəhbərlərindən (GONGO) ibarət olmasını söyləməsi, sadəcə, cəfəngiyatdan başqa bir şey deyildir. Azərbaycan Milli Platformasının tərkibində müxalifət düşərgəsini təmsil edən kifayət qədər insanlar var və onları Batumiyə yollanacaq nümayəndə heyətinin üzvlərinə səs verməyə heç kim məcbur etməmişdi. İndi oturub nümayəndə heyətinin üzvləri haqda hədyanlar yazanlar, görəsən, bu vaxtadək niyə səslərini çıxarmırdılar. Forum bir daha sübut etdi ki, nümayəndə heyətinin tərkibində yer almış şəxslər üçün Vətənə məhəbbət, Vətən sevgisi hər şeydən üstündür. Belə ki, mənfur qonşularımızın, onları dəstəkləyən xarici qüvvələrin, eləcə də “sapı özümüzdən olan baltalar”ın cidd-cəhdlərinə baxmayaraq, Azərbaycan nümayəndə heyəti mətinlik, mübarizlik nümayiş etdirərək ölkəmizə qarşı məkrli şəkildə hazırlanan qərarların qəbul olunmasına mane oldu, düşmənlərimizin mənfur niyyətlərini puç etdi. Yəni, Batumi Forumu bir daha təsdiqlədi ki, bir ovuc naxələfləri çıxmaq şərti ilə, Azərbaycandakı QHT rəhbərlərinin böyük əksəriyyəti üçün dövlətçilik maraqları hər şeydən üstündür.
ERMƏNİLƏR ÜZƏRİNDƏ QƏLƏBƏMİZƏ ŞÜBHƏ EDƏNLƏRƏ...
...Və buna ironiya ilə yanaşanlara kiçik bir xatırlatma etmək istərdim. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı altı ölkəni (Belarus. Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan) əhatə edir. Lakin Forumda yalnız Azərbaycanda, guya, insan hüquqlarının pozulması məsələsi qabardıldı ki, bu da anti-azərbaycançı dairələrin növbəti məkrli addımı idi. Bu məsələni qabardan, ölkəmizə qarşı mərkli planlar hazırlayan həmin qüvvələr nədənsə Ermənistanda baş verən hadisələri - parlament üzvlərinin gülləbaran edilməsini, mitinqə çıxanlara polisin odlu silahdan atəş açmasını, insanların kütləvi şəkildə həbsxanalara doldurulmasını unudublar? Bu məqamda digər ölkələrdə də baş verən analoji hadisələri kənara qoyuraq, sadəcə, sual edirəm, nədən tədbirin gündəliyi Azərbaycandan olan milli koordinator, İdarə Heyətinin (İH) üzvü Vüqar Bayramova, eləcə də nümayəndə heyətinin bəzi üzvlərinə bir variantda, İH-nin digər üzvləri - xarici ölkələrdə özlərinə sığınacaq tapan Leyla Əliyeva və Aytəkin Əsgərovaya isə digər variantda gördərilirdi? Təbii ki, məqsəd aydın idi - Azərbaycanla bağlı məkrli şəkildə hazırlanmış “sərgi” barədə nümayəndə heyətimizin üzvləri son anadək xəbər tutmamalı idilər! Əks halda biz də Gürcüstana əlləri Xocalıda günahsız körpələrin qanına bulanmış Ermənistan prezidenti Serj Sakisyanla bağlı, eləcə də Xosalı faciəsini faktlarla sübut edən sənədlərlə, dəmir borularda, anbarlarda diri-diri yandırılan soydaşlarımızla bağlı materiallarla gedə bilərdik axı?! Bəs buna nə deyəcəksiz? Yəni, doğrudan da, Forumda sanballı bir adam tapılmırdı ki, Azərbaycanla bağlı qətnaməni məhz Helsinki Vətəndaş Assambleyasının Ermənistandan olan koordinatoru Artur Sakunç hazırlayırdı? Bəlkə deyəsiz - hərbçilərimizin Ağdam səmasında vurduqları düşmən ölkənin helikopterinin Azərbaycandakı vətəndaş cəmiyyətinə nə aidiyyəti var idi ki, erməni tərəfi onun araşdırılmasını, Azərbaycan dövlətinə qarşı sanksiyaların tətbiq edilməsini Forumdan tələb edirdi?
Sözsüz ki, bu sualların cavabı bütün fəaliyyəti boyu ermənilərə havadarlıq etmiş “hüquq müdafiəçisi” Leyla Yunusova-Barseqyanın vəkili Xalid Bağırova gün kimi aydındır. Əgər belə olmasaydı, Batumidə olduğu 3 gün ərzində bir dəfə də olsun başını qaldırıb indi burada GONGO adlandırdığı Azərbaycan nümayəndə heyətinin üzvlərinin gözünün içinə dik baxardı. Daha onlardan gizlənə-gizlənə, arxalarından yavaşca keçib Ermənistan nümayəndə heyətinin cərgəsində oturmazdı. Eyni cəbhəni bölüşdüyü Arzu Abdullayeva, Leyla Əliyeva, Aytəkin Əsgərova, Fuad Həsənov, Şəhla İsmayıl, Əvəz Həsənov kimi Ermənistan nümayəndə heyəti ilə Forum çərçivəsində isti münasibətlərdə olmazdı. Ən azından Forumun ilk günündə baş vermiş insident zamanı, bir azərbaycanlı kimi, həmvətənlərinə yaxınlaşıb, onlara hansısa köməyini təklif edə bilərdi. Bütün bunlar baş vermədi. Çünki Xalid Bağırovun Çexiyanın “People in Need” təşkilatının ermənipərəst mövqedə olmasına zərrə qədər də şübhəsi yoxdur - amma bu kəs hələ də “qatığın qara olmasında” israrlıdır. Axı müdafiə etdiyi şəxs - Leyla Yunusova-Barseqyan ondan bunu tələb edir! O, başqa nə danışa bilər ki?
ERMƏNİLƏR ÖZLƏRİNİ ELƏ RÜSVAY ETMİŞDİLƏR Kİ...
Bu məqamda bir daha xatırladaq ki, Ermənistan nümayəndə heyəti qətnamə layihəsinə Ağdam səmasında hərbçilərimiz tərəfindən vurulmuş düşmən helikopterilə bağlı məsələni də daxil etmişdi. Lakin sənədin ekrana çıxırılması salonda bir ajiotaja səbəb oldu, Azərbaycan nümayəndə heyəti dərhal buna reaksiya verməyə hazırlaşırdı. Bu məqamda Ermənistanın İstehlakçı Hüquqları İttifaqının sədri Karen Çilinqaryan tez qaçaraq Azərbaycandan olan yeni milli koordinator Sabit Bağırova yaxınlaşdı. O, guya sənədin kim tərəfindən hazırlandığını bilmədiklərini, onun tezliklə qətnamə layihəsindən çıxarılacağını, buna görə Azərbaycan tərəfinin çıxışına ehtiyac olmadığını xahiş etdi. Bəs bu fakta qarşı arqumentin varmı, Xalid Bağırov? Sən ki ermənilərə “bir köynək daha yaxın” idin və bütün bunlar sənin gözlərinin qarşısında baş verirdi? Yoxsa bunu da inkar edəcəksən? Erməni nümayəndə heyətinin üzvləri gözəl anlayırdılar ki, Azərbaycan tərəfinin məsələyə münasibət bildirməsi heç də onların xeyrinə olmayacaq. Odur ki, “üzü sulu” ikən məsələni müzakirə olunmadan qətnamədən çıxardılar. İndi əlini qoy vicdanına və de - bu, Azərbaycanın nümayəndə heyətinin ermənilər üzərində qələbəsi deyil, bəs nədir?
Səlim BALAYEV
Bakı-Batumi-Bakı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

