/ / “Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı” və Avropa İttifaqının ikili standartları...
“Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı” və Avropa İttifaqının ikili standartları...
27.11.2014 [09:47]
Başımız Batumidə ermənilərlə savaşa o qədər qarışdı ki, ermənilərin Ankarada açdıqları növbəti cəbhənin fərqinə belə varmadıq. Təəssüf ki, bir-iki media orqanında “Ankarada Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə dair konfrans keçirilməsi” barədə informasiya yaymaqla kifayətləndik. Bu, təsadüfdürmü? Mənim anladığım qədəri ilə həyatda heç nə təsadüfən baş vermir. Xüsusən də erməni məsələsində...
Konfransın Ankara Universitetinin İqtisad Departamentinin “Politologiya” fakültəsində keçirilməsi bizim üçün təəssüf doğurmaya bilməz. Bu konfrans hər hansı bir hoteldə və yaxud da erməni icmasına məxsus daha böyük salonda da təşkil edilə bilərdi. Lakin ermənilərin bilavasitə Ankara Universitetini seçmələri bu konfransın “əhatə dairəsi”nin daha geniş olmasını həm türk ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara göstərməkdən ibarət idi. Bunu bacardılar desək, heç də yanılmarıq. Hər halda konfransın ekspertlərinin Türkiyə və dünyada yaşayan nüfuzlu şəxslərdən ibarət olduğunu nəzərə alsaq, bu elə bəsdir. Onların sırasında Asaf Savaş Akat (Bilgi Universiteti, Türkiyə), Aleksandr İsgəndəryan (politoloq, Ermənistan), Əhməd İnsel (Qalatasaray Universiteti, Türkiyə), Raymond Geforkyan (Paris Universiteti, Fransa), Fuat Keyman (Sabancı Universiteti, Türkiyə), Jirayr Liparidyan (Miçiqan Universiteti, ABŞ), H. Neşe Özgen (Mimar Sinan Universiteti, Türkiyə), Volkan Vural (TÜSİAD, Türkiyə) -Aydın Doğanın köməkçisi, Tomas de Vaal (Kornegi Fondunun aparıcı eksperti, “Qara Bağ” kitabının müəllifi, ABŞ) və başqaları var.
Yaxşı, bəs, Türkiyə hakimiyyətinin bu kimi mövzularda ermənilərə “yaşıl işıq” yandırmalarının səbəbi nədir? Olmaya Azərbaycanın və yaxud da Türkiyədə yaşayan azərbaycansevərlərin nəbzini yoxlamaq istəyirlər. Ola bilsin ki, Türkiyə hökuməti bu konfransı və ya təşəbbüsü sadəcə olaraq müstəqil QHT-lərin fəaliyyəti ilə əlaqələndirsin. Bu inandırıcı arqument olardı, əgər Baş nazirin məsləhətçisi Etyen Mahçupyan bəhs olunan konfransda iştirak etməsəydi. Hər halda Baş nazirin məsləhətçisi öncədən razılıq almasaydı, təbii ki, bu cür qalmaqal yaradacaq konfransda iştirak etməzdi.
Hələ bir neçə il əvvəl Barak Obamanın Türkiyəyə səfəri və orada verdiyi açıqlamalar, Prezident İlham Əliyevin Türkiyə səfərindən imtina barədə qərarı və bu qərarın dəyişdirilməsi istiqamətində Ərdoğan, Gül və ən nəhayət ABŞ dövlət katibi, xanım Klintonun göstərdiyi çabalar, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində AKP hökumətinə yandaş medianın göstərdiyi canfəşanlığı görəndə erməni QHT-lərin Türkiyədə necə fəal işlədiyinə bir daha əmin olmuşdum. Bu gün də yaşadıqlarımız belə deməyə əsas verir ki, o gündən bu günə ermənilər və onların ictimai təşkilatları üçün heç nə dəyişməyib. O zaman bu layihə reallaşmadı, Azərbaycanın haqlı etirazına qoşulan Türkiyə ictimaiyyəti hökuməti geri addım atmağa vadar etdi.
Ermənilərin noyabr revanşında Azərbaycana qarşı bu təhdidlərin məhz Avropa İttifaqının proqramı çərçivəsində həyata keçirilən forumdan qaynaqlandığını nəzərə alsaq, Ankaradakı proseslərin də arxasında elə bir zamanlar yuxarıda adını çəkdiyimiz qurumun durduğunu görməmək mümkün deyil.
“Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı” adlanan, Türkiyə və Ermənistandan 8 QHT-nin bir araya gələrək yaratdığı, Avropa İttifaqı tərəfindən maliyyələşən proqramın məqsədi, Türkiyə və Ermənistan arasındakı dondurulmuş dialoqu bərpa etmək, qarşılıqlı şəkildə iş adamlarını sərmayə yatırmağa stimullaşdırmaq, təhsil və mədəni sahədə ortaq layihələr reallaşdırmaq, mövzu üzrə maarifləndirici konfranslar təşkil etmək, hər iki tərəfin bir-biri haqqında obyektiv xəbər almasına şərait yaratmaqdır. Proqramı hazırlayıb həyata keçirən QHT-lərin başında bu günlərdə Ankarada keçirilən konfransın bilavasitə təşkilatçısı “Hrant Dink Vəqfi”dir (http://hrantdink.org/picture_library/SealedGate-englishprogramme.pdf).
“Türkiyə Ekonomi Politikaları Araşdırma Vakfı”, “Anadolu Kültür”, “Helsinki Yurttaşlar Dərnəyi”, “Civilitas Foundation”, “Eurasia Partnership”, “Public Journalism Club”, “Regional Studies Center” kimi QHT-lər də “Hrant Dink Vəqfi”nə bu və ya digər mənada dəstək verirlər. Bu barədə biz hələ 7-8 ay bundan əvvəl həyəcan siqnalı vermişdik. Amma bizim cəmiyyət, xüsusən də QHT-lər və media yenə də susqunluq nümayiş etdirərək problemin üzərinə getmədi. Ermənilər isə bizim bütün diqqətimizi “Batumi cəbhəsi”nə yönəldərək və Azərbaycandakı casus şəbəkəsinin media qolunun köməyi ilə bizləri şüurlu şəkildə digər polemikalara yönəldərək, Ankarada səssiz-səmirsiz yeni bir layihəyə start verdilər.
Yaxşı, bəs, Avropa İttifaqının da maliyyələşdirdiyi “Ermənistan-Türkiyə normallaşma dövrünə Dəstək Proqramı” nədir? Əlbəttə, proqramın qarşısında duran vəzifələrdən biri Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, sərhədlərin açılması və s. kimi irəli sürülən ideyalar ətrafında daha çox QHT-nin birləşməsini təmin etmək, belə demək mümkündürsə, təşəbbüsü kütləviləşdirmək və bununla da dövlətə təsir imkanı əldə etməkdir. Avropa İttifaqı bu məqsədlə 200-300 min avrosundan da keçərək, hələ 8 ay bundan öncə Ankara konfransının “təməlini qoyub” (http://www.avrupa.info.tr/tr/bilgi-kaynaklari/haber-arsivi/news-single-view/article/-4afef29cde.html).
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcək, hər iki ölkənin insanları arasında körpü rolunu oynaya biləcək bütün layihələr üçün müvafiq olaraq 30 min avroluq qrantlar da nəzərdə tutulub. Hətta proqram üçün üç dildə fəaliyyət göstərən sayt da yaradılıb (http://www.armenia-turkey.net/tk/home).
Ankara Universitetində keçirilən konfrans da 30 min avroluq tədbirlərin sırasındadır. Ermənilər indi də aşağıdan yuxarıya doğru öz təsir dairələrini genişləndirmək, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına cəmiyyəti hazırlamaq istəyirlər. Onlar Türkiyə ilə Ermənistan arasında çoxtərəfli əlaqələrin qurulması üçün planlı və proqramlı şəkildə fəaliyyət göstərirlər. Bu əlaqələr rəssamlıqdan folklora, memarlıqdan kino sektoruna, turizmdən təhsilə və s. kimi istiqamətlərdə qurulur. Aşağıdakı linklərə diqqət edək:
http://www.armenia-turkey.net/tk/events-from-yerevan-to-van-istanbul
http://www.armenia-turkey.net/tk/event-yavas-gamats
http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center
http://www.armenia-turkey.net/tk/outreach-meeting-yerevan
http://www.armenia-turkey.net/tk/1404906595
http://www.armenia-turkey.net/tk/Cinema-platform-award
Əslində, müəyyən dərəcədə buna nail olublar da. Son dövrlərdə rəsmi Ankaranın ermənilərə qarşı “humanist” mövqe göstərməsi deyilənlərə bariz nümunədir. Vandakı erməni kilsəsinin bərpası, vətəndaşlığı olmayan ermənilərin uşaqlarına təhsil hüququnun verilməsi, Ərdoğanın ermənilərə başsağlığı verməsi, Şimali Kiprdəki erməni kilsəsinin ibadət üçün ermənilərin üzünə açılması, Etyen Mahcupyanın məsul vəzifəyə təyin olunması və bu kimi faktların sayını artırmaq da olar. Anlaşılan odur ki, Ermənistanla sərhədlərin açılması üçün çalışanlar Fətulla Gülənin də xeyir-duasını alıblar. Məhz Gülənə məxsus qəzetin nümayəndəsi ermənilərin fəxri qonağı və təbliğatçılarındandır (http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center).
Əlbəttə ki, Türkiyə dövləti və cəmiyyətinin ermənilərə qarşı münasibətinin bu dərəcədə dəyişməsində Türkiyədə fəaliyyət göstərən erməni və erməniyönümlü QHT-lərin rolu danılmazdır.
Bir müddət əvvəl Qarabağa səfər edən Aris Nalci də Avropadan qrant alan bu kimi Türkiyə ermənilərindəndir. Qarabağa səfər etməkdə və bu səfəri ballandıra-ballandıra qələmə almaqda məqsədi isə məhz bu günlərdə keçirilən Ankara toplantısına “töhfə” vermək, zəmin hazırlamaq idi (http://platform24.org/objective/470/objective-den-iki-gazetecilik-projesine-destek).
Görünür, Ermənistanda Türkiyənin ictimai-siyasi həyatını yaxından təqib və dərindən təhlil edən beyin mərkəzləri var ki, məhz onların göndərdikləri tezislər bu QHT-lərin fəaliyyətinin səmərəliliyini təmin edir. Bizim bəzi QHT-lər isə Azərbaycanı nüfuzdan salmaq üçün Avropanın bəzi dairələrinin “şineli”nə bürünüb hər cür dəyəri qurban verirlər. Əsas odur ki, layihə alıb, pul qazansınlar...
Maraqlıdır ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə dəstək verən Avropa dairələri elə həmin Azərbaycan QHT-lərinə qrant ayıranlardır. Əminliklə deyə bilərik, hazırda Türkiyədə start verilən Türkiyə-Ermənistan normalaşma dövrü adlı proses Azərbaycanda bəzi ermənipərəst insanların irəli sürdükləri, Ermənistan dövlətinin mənafeyinə xidmət edən “xalq diplomatiyası” adlı təşəbbüsün məntiqi davamıdır. Çox maraqlı məqamlardan biri də budur ki, Türkiyə ilə Ermənistan arasında bağlı qapıların açılması üçün çalışan beynəlxalq təşkilatlardan bir çoxu Azərbaycanda bəzi QHT-lərə də yardım edərək, hətta internet televiziyası (Obyektiv TV) quraraq, guya ki, insan hüquqlarının və söz azadlığının pozulmasını dünyaya tirajlayır (Maddi qaynağı Danimarka Xarici İşlər Nazirliyi nəzdində Danimarka Beynəlxalq İnkişaf Agentliyidir). Digər tərəfdən isə, Qarabağdakı qanunsuz rejimin legitimləşdirilməsi üçün pul və çaba xərcləyir. Al sənə növbəti ikili standart...
Niyaz Niftiyev
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

