Azərbaycan-İran əlaqələri: regional və qlobal kontekst
28.11.2014 [09:49]
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ekspertlərin ciddi marağına səbəb olub. Hazırda regional və qlobal səviyyədə müşahidə edilən mürəkkəb proseslərin fonunda bu, çox normal qarşılanmalıdır. İki qonşu ölkənin hansı sahələr üzrə ortaq mövqeyə gələcəklərinin əhəmiyyəti böyük idi. Xüsusilə Ermənistanın qeyri-müəyyən xarici siyasətinin davam etdiyi bir vaxtda İranla Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası aktuallıq kəsb edir. Səfər göstərdi ki, bu istiqamətdə tərəflərin geniş potensialı mövcuddur. Bütün sahələr üzrə əlaqələri inkişaf etdirmək mümkündür. Bununla bağlı konkret sazişlər də imzalandı. Mütəxəssislərin fikrincə, bu proses daha sürətlə gedə bilər.
Tarix və müasirlik: Tehran-Bakı yaxınlaşmasının dinamikası
Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi çətin vaxtlarda belə Azərbaycan ona obyektiv və mehriban qonşuluq münasibətini saxladı. Bakı geosiyasi vəziyyətin dəyişməsindən asılı olmayaraq müstəqil mövqeyini qorudu. Bu proseslərdə Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi böyük rol oynadı. Prezident İlham Əliyev isə həmin istiqaməti qətiyyətlə davam etdirir ki, onun da bəhrələri indi görünməkdədir.
İran Prezidenti ilə Azərbaycanın dövlət başçısı il ərzində 4 dəfə görüşüb. İki ölkə üçün çox əhəmiyyətli məsələlər müzakirə edilib. Konkret məqamlar üzrə ortaq mövqe formalaşdırılıb. Prezident İlham Əliyevin H.Ruhaninin ölkəyə son səfəri zamanı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirməsi yuxarıdakı fikirlərin əsassız olmadığını göstərir. Ölkə başçısı noyabrın 12-də mətbuata verdiyi bəyanatda vurğulayıb: “Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir”.
Azərbaycanın təmkinli, tarixi ənənələri nəzərə almaqla yeritdiyi İran siyasəti olmasaydı, indi bu cür ümidverici vəziyyət yaranmazdı. Tehran beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda, Bakı da həmişə İranın maraqlarını diqqətə alır. BMT-də İrana qarşı sənəd qəbul edilərkən Azərbaycan əleyhinə səs verdi. Bu addım bir daha qonşu ölkəyə münasibətin səmimi olduğunu göstərdi. Prezident İlham Əliyev bu kimi məqamları nəzərdə tutaraq deyib: “BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik”.
Bu kontekstdə, əlbəttə, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd etməliyik. İran Prezidenti rəhbərlik etdiyi ölkənin bu məsələdəki mövqeyini mətbuat üçün bəyanatında belə xarakterizə etdi: “Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq”.
Geosiyasi faktorlar maneə deyil
Göründüyü kimi, Azərbaycanla İran regional geosiyasi məsələlərdə mövqelərini daha da yaxınlaşdırmaq imkanlarına malikdirlər və bu prosesin getdikcə daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Maraqlıdır ki, Tehran Bakının fəallığını daha geniş geosiyasi müstəvidə qiymətləndirir. Məsələn, H.Ruhani son səfəri zamanı Prezident İlham Əliyevlə Yaxın Şərqdə və Afrikanın şimalında müşahidə edilən böhranı, terror hadisələrini və başqa problemləri nəzərdən keçirdiklərini bəyan edib. Tərəflər separatizmə, terrorizmə, radikalizmə qarşı mübarizənin zəruriliyini vurğulayıblar. Bunlar İranın Azərbaycanı region üçün vacib ölkə hesab etdiyini göstərməklə yanaşı, iki dövlətin bir çox istiqamətlərdə, o cümlədən təhlükəsizliyin təminində ortaq hərəkət etməkdə maraqlı olduğunu sübut edir.
Şübhəsiz ki, bu qənaət üçün ciddi əsaslar vardır. Hər şeydən əvvəl, rəsmi Bakının daim müstəqil xarici siyasət yeritməsini və uğurlu sosial-iqtisadi inkişafa nail olmasını vurğulamaq lazımdır. Bu aspektdə Azərbaycan rəhbərliyinin enerji siyasətini və nəqliyyat-daşıma sahəsində atdığı addımları ayrıca nəzərə almaq gərəkdir.
Həmin sahələrdə əməkdaşlığın strategiyasını Azərbaycan Prezidenti dəqiq ifadə edib. Dövlət başçısı Azərbaycan-İran biznes forumunda çıxış edərkən deyib: “Biz çox istəyirik ki, iqtisadi əməkdaşlıq da siyasi əməkdaşlığın səviyyəsinə qalxsın”.
Buraya geniş spektrli əməkdaşlıq aspektləri daxildir. Azərbaycan sərmayə qoyuluşu üçün münbit mühit yaradıb. Sabitlik və davamlı inkişaf dinamikası mövcuddur. Nəqliyyat dəhlizi kimi kifayət qədər ciddi imkanlara malikdir.
Bütün bunları nəzərə aldıqda, İran Prezidenti H.Ruhaninin “biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik” fikrinin əhəmiyyətini dərk etmək mümkündür. Belə çıxır ki, Tehran Azərbaycanın timsalında etibarlı regional tərəfdaş görməklə yanaşı, onu Qərblə yaxınlaşma yolunda mühüm ölkə hesab edir.
Nəqliyyat dəhlizi: birləşdirici amil
Məsələnin başqa vacib tərəfi isə Qərb-İran münasibətləri ilə bağlıdır. Nüvə proqramı faktoruna görə ciddi sanksiyalarla üzləşən Tehran üçün Azərbaycan böyük əhəmiyyət daşıyır. Məlumdur ki, İran rəhbərliyi yaranmış geosiyasi təcriddən xilas olmağın səmərəli yollarını axtarır. Bu sırada Bakı ilə əlaqələrin inkişafı birinci dərəcəli məsələ kimi qəbul edilir.
Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizinin açılması strateji əhəmiyyətli hadisədir.
Həm ikitərəfli maraq doğuran faktorlara, həm də regional və qlobal amillərə görə Azərbaycan-İran əməkdaşlığının yeni səviyyəyə qaldırılması təbii görünür. Tərəflərin bu prosesin genişlənməsi və dərinləşməsi istiqamətində çalışacaqlarını proqnozlaşdırmaq mümkündür. Burada tarixdən qaynaqlanan ortaq dəyərlərlə yanaşı, hazırkı geosiyasi reallığın da rolunu vurğulamaq lazımdır. Artıq regionda hər kəs dərk edir ki, Azərbaycan əməkdaşlıq üçün vacib ölkədir və onunla təzyiq dilində danışmağın səmərəsi yoxdur.
Digər tərəfdən, İranın yeni rəhbərliyinin seçdiyi xarici siyasət kursunda bölgə dövlətləri ilə yeni səviyyədə əməkdaşlıq ayrıca yer tutur. Bu kontekstdə Ermənistan Azərbaycan-İran əlaqələrinin inkişafına mane ola bilərmi? H.Ruhaninin Bakıya səfəri bunun mümkünsüzlüyünü göstərdi. İranın dövlət başçısı Bakıda aşağıdakı fikri xüsusi vurğulayıb: “Biz regional məsələlərin həlli üçün üçtərəfli, dördtərəfli, beştərəfli formatlar təşkil edə bilərik. Azərbaycan-İran-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Türkmənistan, İran-Azərbaycan-Qazaxıstan formatlarında geniş əməkdaşlıq əlaqələri yarada bilərik”.
Aydındır ki, Tehranın geosiyasi planlarında Azərbaycan müxtəlif əməkdaşlıq formatlarında əsas yerlərdən birini tutur. Bu aspektin məhz Prezident Həsən Ruhani tərəfindən qeyd edilməsi vacib məqamdır. Strateji baxımdan onun hər iki ölkə üçün faydalı olacağını proqnozlaşdırmaq olar.
Bunlar onu təsdiq edir ki, İran rəhbərinin Azərbaycana son rəsmi səfərinin geosiyasi, iqtisadi, mədəni və başqa baxımdan tarixi əhəmiyyəti vardır. İki qonşu ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. Regional əməkdaşlığın perspektivləri kontekstində bu məqamın ayrıca yeri olduğunu qəbul etmək lazımdır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

