Müasir beynəlxalq siyasətdə “sanksiyalar”: qarşılıqlı nokdaun?
29.11.2014 [11:23]
Məlum olduğu kimi, müəyyən ölkələrə qarşı tətbiq olunan “sanksiyalar” beynəlxalq məsuliyyət hüquq münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edən dövlətlə (onun hansısa hissəsi ilə və ya müəyyən şəxslərlə) bağlı görülən icbari tədbirlərdir. Bununla belə, iqtisadi sanksiyalar sözdə qınaqdan daha sərt olan, lakin hərbi güc tətbiqindən daha yumşaq olan aralıq tədbirləridir. Onların tətbiqi barədə qərar həm ayrı-ayrı dövlətlər, həm də iri beynəlxalq strukturlar, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və s. tərəfindən qəbul edilir.
Beynəlxalq praktikada tətbiq olunan sanksiyalar çox müxtəlifdir. Bunlara kommersiya və ya ticarət (tam və ya qismən embarqonun qoyulması; texniki xidmətin dayandırılması); maliyyə (hökumətin xarici aktivlərinin blokadaya alınması; maliyyə bazarlarına çıxış imkanlarının məhdudlaşdırılması; maliyyə yardımının dayandırılması; dövlətin qanuna zidd hərəkətlərinə görə məsul olan fiziki şəxslərin aktivlərinin dondurulması, yəni həmin şəxslərə öz dövlətinin hüdudlarından kənarda yerləşdirilən aktivlərindən istifadənin qadağan edilməsi); hərəkətə dair sanksiyalar (müəyyən şəxslərə və ya qrup şəxslərə öz dövlətinin sərhədlərindən kənara çıxmağın qadağan edilməsi; rabitə vasitələrinin (əsasən hava rabitəsinin) hərəkətinə qadağa qoyulması aiddir.
Buraya, həmçinin, diplomatik (sanksiyanın obyekti olan ölkəyə görə tam və ya qismən diplomatik nümayəndəliyin əməkdaşlarının geri çağırılması, diplomatik vizaların ləğv edilməsi); idman və mədəni (idman yarışlarında sanksiyanın obyekti olan ölkəni təmsil edən şəxslərin iştirakına qadağa qoyulması; sanksiyanın obyekti olan ölkəni təmsil edən şəxslərin mübadilə və səfərlər yolu ilə iştirak etdiyi elmi-texniki və mədəni əməkdaşlığın dayandırılması); prosessual (səs hüququnun dayandırılması və ya məhrum edilməsi, beynəlxalq təşkilatların seçkili orqanlarında nümayəndəlik hüququndan məhrum edilməsi, beynəlxalq təşkilata üzvlüyə qəbul edilməməsi və ya ondan xaric edilməsi); səfərlərə qadağa qoyulması (yalnız dövlətin hüquqa zidd davranışına görə məsul olan fiziki şəxslər barəsində tətbiq olunur və həmin şəxslərə öz dövlətinin hüdudlarını tərk etməyə qadağa qoyulmasında öz ifadəsini tapır); silah tədarükünə embarqonun qoyulması (bütövlükdə dövlətə qarşı tətbiq olunur və digər dövlətlərə müxtəlif silah növlərinin tədarükünə qadağa qoyulmasında öz ifadəsini tapır) kimi sanksiyalar da daxildir.
Kompleks şəkildə tətbiq olunduqda, bu sanksiyalar “cəzalandırılan” dövlətin iqtisadi və hərbi-siyasi potensialını əsaslı şəkildə zəiflədə, ölkədaxili siyasi vəziyyəti destabilləşdirə bilir. Lakin son dövrün hadisələri göstərir ki, bu sanksiyalar öz daxili resursları və iqtisadi potensialı olan sanksiya obyektlərinə heç də həmişə kifayət qədər səmərəli təsir vasitəsi olmur. Rusiya və İran deyilənlərin əyani sübutudur.
Qərbin nüvə proqramına görə İrana qarşı son onilliklərdə tətbiq etdiyi sanksiyalar o qədər də səmərəli olmamışdır. Baxmayaraq ki, bu sanksiyalar atom, raket və hərbi məhsulların əhəmiyyətli hissəsini İrana ixrac etməyi, qaz, neft və neft-kimya sənayesinə birbaşa xarici investisiyaları qoymağı, zərif neft emalı məhsullarını ixrac etməyi, habelə İslam İnqilabını qoruyan ordu ilə - banklar, sığorta şirkətləri, maliyyə transaksiyaları ilə hər hansı əlaqələr qurmağı və bu ölkənin dəniz donanması ilə əməkdaşlıq etməyi qadağan edir. Bu sanksiyalar İran iqtisadiyyatı üçün müəyyən problemlər yaratsa da, gözlənilən səmərəni hələ ki, vermir.
Barəsində məlum Ukrayna hadisələrinə görə Avropa İttifaqı, ABŞ, Kanada və Yaponiyanın getdikcə artmaqda olan sanksiyalar tətbiq etdiyi Rusiyaya gəlincə, bu sanksiyalar, sadəcə Rusiyanı öz daxili problemlərinə xüsusi diqqət yetirməyə, iqtisadi və hərbi potensialını daha da möhkəmləndirməyə sövq edir. Çox güman ki, ABŞ-dan fərqli olaraq, Aİ ölkələri, ilk növbədə, onların öz iqtisadiyyatında gözlənilən itkilərə görə Rusiyaya qarşı genişmiqyaslı maliyyə-iqtisadi sanksiyaları tətbiq etmək niyyətində deyildirlər.
Polşa XİN-in rəhbəri Radoslav Sikorski Amerika və Avropanın sanksiyaları arasındakı fərqləri bununla izah etdi ki, Avropa Rusiyaya məkanca daha yaxın olduğundan, iqtisadi problemlər zəruri olaraq Qərb ölkələrində də özünü büruzə verəcək. Amerika isə bundan narahat olmaya da bilər. ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 40 mlrd. dollar həcmində dəyərləndirilirsə, Aİ və Rusiya arasında bu rəqəm düz 10 dəfə çoxdur. Avropanın getdiyi riski və onun daha həssas olduğunu dərk edən ABŞ senatoru Kris Merfi hesab edir ki, “heç şübhəsiz, Avropaya Rusiya qazının tədarükü dayandırılarsa, bu, çox ağrılı olar. Amma məsələn, Rusiyanın Almaniyadakı və ya Böyük Britaniyadakı aktivlərinin dondurulması bu ölkələrə zərbə vurar”.
Beləliklə, sərt sanksiyaların tətbiqi nəticəsində cəzalandırılan ölkələrin diz çökdüyü vaxtlar artıq, görünür, keçmişdə qalmışdır.
Pərvin Darabadi,
tarix elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

