Azərbaycanlı tələbələr Londonda tədbir keçiriblər
11.12.2014 [10:20]
Dünən Böyük Britaniyanın paytaxtı London şəhərindəki “Royal Holloway” Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin üzvlərinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə “Azərbaycan gecəsi” keçirilib. Gecədə universitetdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə Respublikası, Rusiya Federasiyası və Qazaxıstandan olan tələbələr də iştirak ediblər.
Tədbirdə çıxış edən “Royal Holloway” Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti barədə geniş məlumat verib, bu gün Azərbaycanın qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışıb. Xüsusilə vurğulanıb ki, gələn il ilk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əyani sübutudur və bu beynəlxalq idman bayramına hazırlıqla bağlı böyük işlər həyata keçirilir.
İlkin Əsgərlinin çıxışı zamanı Azərbaycan Respublikası, onun mədəniyyət abidələri və ölkədə aparılan abadlıq-quruculuq işlərini əks etdirən slaydlar nümayiş etdirilib.
Azərbaycan cəmiyyətinin sədri Azər Məcidli, universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan ermənilər tərəfindən 20 faizə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən danışıblar.
Almaniyadan gəlmiş gənc müəllim, Avropadakı Azərbaycan diasporunun fəallarından olan Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat veriblər.
Tədbir universitetin tələbəsi Anar Ağayevin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.
Sonda azərbaycanlı tələbələr öz xarici dostlarını milli şirniyyat süfrəsinə dəvət ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15

