Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub
11.12.2014 [10:24]
Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin növbəti üçtərəfli görüşü keçirilib.
Görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Qars Bəyannaməsinin imzalanması ilə başa çatan görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Gəncə Bəyannaməsinin qarşıya qoyduğu vəzifələrin icrasını yüksək dəyərləndirən nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin regionda sülhə və inkişafa təhdid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanın bu siyasəti beynəlxalq hüquq normalarına ziddir.
Dünyadakı bütün münaqişələrin insanlığa qarşı cinayət olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu Türkiyənin ölkələr və xalqlar arasında sülh yaratmaq cəhdlərini bundan sonra da davam etdirəcəyini söyləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə regiondakı layihələrdən kənarda qalacaq.
Tərəflərin beynəlxalq təşkilatlarda və regiondakı layihələrdə iştirakının böyük əhəmiyyət daşıdığını qeyd edən nazir Tamar Beruçaşvili bildirib ki, üçtərəfli münasibətlər bundan sonra da xalqlarımızın və ölkələrimizin maraqlarını təmin edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışan nazirlər əminliklə bildiriblər ki, bu layihələr Avropa və Asiyada yeni iqtisadi layihələrin həyata vəsiqə qazanmasına təkan verəcək. Qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünün tanınmasına dəstək verdiklərini diqqətə çatdıran tərəflər bildiriblər ki, bu sahədə əməkdaşlıq beynəlxalq hüquq normalarına əsaslanır.
AzərTAc-ın xüsusi müxbirinin Ermənistanın davam etdirdiyi təcavüzkar siyasətlə bağlı sualına cavabında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, rəsmi Yerevan beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşmalı, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, əsasız iddialarına son qoymalıdır.
Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili bildirib ki, tərəflər ərazi bütövlüyü prinsipini, insan haqlarının qorunmasını dəstəkləyir. Bir ölkə regional layihələrdə o zaman iştirak edə bilər ki, ilk növbədə qonşu dövlətin ərazi bütövlüyünü tanısın, bütün zorakı vasitələrdən imtina etsin.
Xatırladaq ki, nazirlərin üçtərəfli formatda ilk görüşü Trabzonda, ikincisi Batumidə, üçüncüsü isə Gəncədə olub.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34

