Müstəqil Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub
07.01.2015 [09:41]
2014-cü ildə həyata keçirilən daxili və xarici siyasət kursunun nəticələri ölkəmizin inkişafı və perspektivi baxımından strateji əhəmiyyət kəsb edir
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu inkişafın göstəriciləri qismində sürətli sosial-iqtisadi tərəqqi - iqtisadiyyatın inkişafı, regionların simasının əsaslı dərəcədə dəyişməsi, vətəndaşların sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması kimi amillər çıxış edir. Digər tərəfdən, həyata keçirilən səmərəli sosial-iqtisadi kursun qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması ümummilli tərəqqi baxımından aydın perspektivlərin mövcud olduğunu deməyə əsas verir. Bunlarla yanaşı, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu başa vurduğumuz 2014-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Ümumilikdə, 2014-cü ildə həyata keçirilən daxili və xarici siyasət kursunun əsaslarının, o cümlədən, əldə olunan nailiyyətlərin ölkəmizin inkişafı və perspektivi baxımından əhəmiyyətini anlamaq üçün bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiqdir.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edib
Ötən ilin mühüm nailiyyətlərindən biri də Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bütövlükdə isə, ötən il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub.
Bütün bunların qanunauyğun nəticəsi kimi, ölkəmizin beynəlxalq iqtisadi reytinqi davamlı surətdə artır. Qeyd etdiyimiz kimi, həyata keçirilən səmərəli iqtisadi siyasət ötən ilin göstəricilərinə də əhəmiyyətli dərəcədə təsir edib. Şübhəsiz, bu gün Azərbaycan bütün beynəlxalq hesabatlarda öncül mövqelərdə dayanır.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edib ki, 2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir: “Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir”.
2014-cü ildə sosial siyasət sahəsində nəzərdə tutulmuş işlər operativ və effektiv şəkildə davam etdirilib
Ötən il ölkəmizdə sosial siyasət kursu da uğurla həyata keçirilib. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ümumilikdə, işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edib. Ötən ilin son 10 ayında əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əməkhaqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb.
Bir sözlə, nəzər yetirilən göstəricilər deməyə əsas verir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ötən il ərzində sosial siyasət kontekstində nəzərdə tutulmuş işlər operativ və effektiv şəkildə davam etdirilib.
Qaçqın və məcburi köçkünlərə qayğı daxili siyasətin əsas istiqamətlərindən birini təşkil edir
Eyni zamanda, ötən ilin pozitiv göstəricilərindən biri də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza yüksək səviyyəli dövlət qayğısının təşkil edilməsi olub. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səyləri, bu məqsədlə qəbul etdiyi qərarlar və həyata keçirilmiş proqramlar öz bəhrəsini verib. Belə ki, işğal nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında yoxsulluq həddi dəfələrlə azalıb, bu kateqoriyaya məxsus insanların həyat səviyyəsi kifayət qədər yüksəlib. Dövlətimizin başçısı bu məsələyə toxunaraq qeyd edib ki, ən ağır vəziyyətdə olan soydaşlarımızın - məcburi köçkünlərin problemləri də uğurla həll edilir: “Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait ayrılmışdır və biz bu məsələni də tədricən həll edirik”.
Göründüyü kimi, qaçqın və məcburi köçkünlərə qayğı daxili siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
“Sənaye potensialımız gündən-günə güclənir”
Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafında ifadə olunur. 2014-cü ildə də sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzində olub. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icrasının vacibliyini nəzərə alan Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi əhəmiyyətli addımlardan biri hesab oluna bilər.
Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Digər tərəfdən, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Nəticə etibarilə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənaye potensialımız gündən-günə güclənir: “Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən işlər bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Biz özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir”.
Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir
2014-cü ili xarakterizə edərkən toxunulması lazım olan mühüm məsələlərdən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı prinsipial mübarizənin davam etdirilməsidir. Effektiv inzibati tədbirlərin görülməsi sayəsində korrupsiyanın meydanının daraldılması və bu cür neqativ hallara yol verən şəxslərin cəzalandırılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, “ASAN xidmət”in səmərəli fəaliyyət göstərməsi də korrupsiya və rüşvət hallarına son qoyulması baxımından əhəmiyyətli olub.
Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə məsələsinə toxunaraq qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır: “ASAN xidmət” bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir”.
Azərbaycan istənilən şəraitdə öz ərazi bütövlüyünü təmin edəcək
Xarici siyasət sahəsində əldə edilmiş bütün nailiyyətlərə rəğmən, 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticə olmamışdır. Xüsusilə də ötən il baş verən hadisələr göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirdi.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali hüququdur. Öz növbəsində, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə dair tam əminlik yaradır. Dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər: “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq”.
Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır: “Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

