Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah yağış yağacaq

Sabah yağış yağacaq

05.10.2026 [17:11]

Azərbaycanda oktyabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 19-22 isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi digər yerlərdə də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacağı ehtimal edilir.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31