Ermənistanın yeni “qara günləri” başlayır
06.02.2015 [09:31]
ABŞ-ın iqtisadi yardımı azaltması, Rusiyanın 50 min erməni miqrantı “qara siyahı”ya salması işğalçı ölkədə daxili gərginliyi daha da artırıb
Serj Sarkisyan hakimiyyətinin yanvarın 1-dən ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasını “bəh-bəh”lə xalqa təqdim etməsinin üstündən heç bir ay ötməmiş Ermənistan üçün “qara günlər” başlamış oldu. Ailəsini dolandırmaq məqsədilə işləmək üçün ümidlərini Rusiyaya bağlayan ermənilərin bu arzuları da ürəklərində qaldı. Hazırda Rusiyada ölkəyə girişi qadağan edilən erməni miqrantların sayı 50 min nəfərə çatır.
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara bağlayırdı ki, deyəsən, cari ildə bu da bir nəticə verməyəcək. Belə ki, əgər 2014-cü ildə ABŞ administrasiyasının Ermənistana ayırdığı maliyyə yardımının həcmi 40 milyon , 2015-ci ildə 25 milyon dollar idisə, gələn il bu rəqəmin rekord həddədək - 18 milyon dollaradək aşağı enəcəyi gözlənilir. Konqresdəki Ermənistana dəstək qrupu və Amerika Erməni Milli Konqresinin xahişlərinə məhəl qoymayan Barak Obama gələn ilin büdcə layihəsini ciddi ixtisarlarla qəbul etmək niyyətindədir. Sözsüz ki, Ermənistana maliyyə yardımlarının ilbəil azaldılması ilk növbədə ölkənin kasıb təbəqəsinə öz mənfi təsirini göstərir. Bu bir yana, indi erməniləri daha çox məyus edən Rusiyadır. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan www.news.am saytına müsahibəsində hər gün təqribən 100 nəfərədək insanın Rusiyada işləmək məqsədilə onlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, bu müraciətlərin yalnız 5-10 faizinə qarşı tərəfdən müsbət cavab verilir. Buna səbəb isə təqribən 50 min erməninin Rusiyaya girişinin qadağan edilməsidir. Belə ki, ermənilər Rusiya qanunvericiliyinin tələblərini mütəmadi olaraq pozduqlarına görə bu ölkənin “qara siyahı”sına daxil ediliblər. “Doğrudur, Avrasiya İqtisadi İttifaqı üzv ölkələrdən olan əmək miqrantları üçün geniş imkanlar yaradır. Amma bu, digər ölkənin qanunlarını pozan şəxslərə şamil olunmur”, - deyə Qaqik Yeqanyan bildirib. Saytın yazdığına görə, Rusiyaya girişi qadağan edilən Ermənistan vətəndaşları mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin qarşısında etiraz aksiyaları keçirirlər və onlara amnistiya verilməyincə belə aksiyaları davam etdirmək niyyətindədirlər.
Saytın yazdığına görə, digər bir etiraz aksiyası isə sabah - fevralın 6-da paytaxt Yerevanı yenidən “silkələyəcək”. Burada söhbət “Nairit” zavodunun işdən çıxarılan əməkdaşlarının keçirəcəyi mitinqdən gedir. Belə ki, hələ Sovet dövründə Ermənistanın məşhur istehsal müəssisələrindən olan bu zavod indi “qara günlərini” yaşayır. Dörd il əvvələdək zavodda 2437 nəfər işçi qeydiyyatda olub. Lakin zavodun qeyri-rentabelli işləməsi səbəbindən 1667 işçi öz hesabına uzunmüddətli məzuniyyətə göndərilib. Qalan 770 nəfər isə bir ildən artıqdır ki, əməkhaqlarını ala bilmir. Zavodun direktoru Ruben Saqatelyan vəziyyətdən çıxış yolu kimi zavodun bazasında çoxlu kiçik müəssisələrin yaradılmasını təklif etsə də, işçilər bununla razılaşmayıblar. Fevralın 2-də Ermənistanın energetika və mineral ehtiyatlar naziri Ervand Zaxaryan işçilərlə söhbətində fevralın 25-dək yığılıb qalan bütün əməkhaqqı borclarının ödəniləcəyini söyləsə də, qarşı tərəf bunu qeyri-real hesab edib. Belə ki, söhbət təqribən 15 milyon dollaradək vəsaitin ödənilməsindən gedir. Ermənistanın dövlət büdcəsinin indiki vəziyyətində isə bu, inandırıcı görünmür. Digər tərəfdən isə Rusiyada rublun dəyərdən düşməsi (indi 1 rus rublu bizim pulla təqribən 1 qəpiyə bərabərdir-S.L.) Ermənistanın milli valyutası olan dramın alıcılıq qabiliyyətini də heçə endirməkdədir. Ermənistan Mərkəzi Bankının son açıqlamasına görə, hazırda 1 ABŞ dolları 476 dram (1 manat təqribən 610 drama bərabərdir) edir və ərzaq mallarını əsasən Rusiyadan idxal edən Ermənistan üçün milli valyutanın belə kəskin dəyərdən düşməsinin ağır nəticələrə gətirib çıxaracağı heç də istisna edilmir. Elə sabah Yerevan küçələrinə axışacaq ermənilər də Sarkisyan rejimindən ölkəni və xalqı xilas etməyi tələb edəcəklər. Sabahkı etiraz mitinqinin hansı nəticələrə gətirib çıxaracağını indidən söyləmək çətin olsa da, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət Ermənistanı bir dövlət kimi məhvə aparır. Əgər Sarkisyan öz işğalçılıq siyasətini dəyişməsə, qonşu dövlətlərlə mehriban münasibətlər yaradılmasına cəhdlər göstərməsə - gec-tez bu dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə dayanacaqdır.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

