Əli Həsənov: Azərbaycanla ABŞ arasında gərginlik müşahidə etmirik
13.02.2015 [10:09]
“Bəzi dairələr iki ölkə arasında münasibətləri kəskinləşdirməyə çalışır”
“Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA-nın rəsmisi bildirib ki, ayrı-ayrı ekspertlər, hüquq müdafiə təşkilatları nələrisə müşahidə edə bilər, amma Azərbaycanla ABŞ arasında beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşması, texniki istismarı və digər məsələlərlə bağlı əməkdaşlıq davam edir: “O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əlaqələr davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır, ABŞ mətbuatında ara-sıra neqativ yazılar dərc etdirir. Həmin yazılar bir qayda olaraq real gerçəklikləri əks etdirmir, münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır”.
ABŞ-da Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsinə münasibət bildirən Əli Həsənov bunun normal olduğunu deyib: “Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy, ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də orda olan prosesləri olduğu kimi təhlil edib, münasibət bildiririk.
Sadəcə olaraq, belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır”.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

