“Qrant müxalifəti” dialoqdan kənarda qaldı
17.02.2015 [12:32]
Ermənipərəstlərin əlaltısına çevrilənlər növbəti dəfə anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirdiklərini nümayiş etdirdilər
Hər zaman xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən, “qrant müxalifəti” adlanan radikal düşərgənin bəzi partiyalarının fərqli maraqların danışan dili, əmrlərinin icraçısı olması bir daha təsdiqləndi. Daha doğrusu, ötən həftə siyasi partiyalar arasında keçirilən dialoqda iştirak etməyən, hətta sonradan bu görüşü hədəfə alan AXCP və Müsavat Partiyası növbəti dəfə əsl müxalifət funksiyasını daşımadıqlarını, xarici ermənipərəst dairələrin əmrləri əsasında hərəkət etdiklərini sübuta yetirdilər. Ümumiyyətlə, “qrant müxalifəti” zaman-zaman bəzi məsələləri hakimiyyət nümayəndələri ilə danışıb müzakirə etməklə bağlı fikirlər tirajlasalar da, onların tutduqları mövqe boğazdan yuxarı danışdıqlarını, daha doğrusu, xaricdəki dairələrin iradəsinə uyğun olaraq hərəkət etdikləri faktını ortaya çıxarır.
Beləliklə, “qrant müxalifəti”nin hərəkət trayektoriyasının birmənalı şəkildə ermənipərəst xarici mərkəzlərin layihələri əsasında formalaşması, əslində, onların hansı məqsədlər uğrunda “mübarizə apardığını” aşkara çıxarır. Yəni, şəxsi maraqlarının, maddi təminatının əsirinə çevrilmiş bu kəsim siyasi təşkilatdan çox kooperativ funksiyası daşıması, cəmiyyətin iradəsinə tabe olmaması, siyasi partiya olaraq üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməməsi (məsələn, seçkilərdə iştirak etməməsi) və bunun nəticəsində də, ümumiyyətlə xalqın dəstəyindən məhrum olması ilə “məşhurdur”. Bu partiyalar özlərini yalandan şişirdərək radikal müxalifət düşərgəsinin “əsas lokomotivi” kimi təqdim etsələr də, onların yalanları keçirdikləri aksiyalar zamanı bir daha meydana çıxdı. Digər tərəfdən, xalqın dəstəyindən məhrum olan, yalnız ermənipərəst mövqedən çıxış edən, fikirlərində ermənilərin təbliğat maşınının tezislərindən istifadə edən (məsələn, İsa Qəmbərin Bakı Avropa Oyunlarını boykot çağırışı kimi) bu “partiya”ların rəhbərləri özləri də bilirlər ki, onların heç bir gücü və ya elektoratı yoxdur.
Amma özünün gücsüzlüyünü, xarici asılılığını pərdələməyə çalışan, siyasi partiyalarla dialoqu özünün hədəfinə çevirən bu partiyaların təmsilçiləri hər zaman olduğu kimi sözügedən görüşdən sonra da özünəməxsus “dəyərləndirmələr” ixrac edir, sosial şəbəkələrdə min bir yalanlar yaymağa çalışırlar. Sözügedən görüşə qatılan, müzakirə aparan partiyaları və həmin partiyaların rəhbərlərini dolayısı ilə xəyanətdə günahlandırılanlar deyəsən, güzgüyə baxmağı unudurlar. O mənada ki, öz adlarını başqasına qoyan bu xəyanət mücəssəmələri hansı siyasi kimliyə, hansı simaya (daha doğrusu, simasızlığa) malik olduqlarını yaddan çıxarırlar.
Öz növbəsində, siyasi partiyalarla keçirilən görüşdə iştirak edən müxalifət partiyalarının rəhbərləri də AXCP və “Müsavat” düşərgəsindən irəli sürülən ittihamları cavabsız qoymayıblar. Belə ki, görüşdə iştirak edən BAXCP sədri Qüdrət Həsənquliyev xarici dairələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələrin bu görüşün üzərinə kölgə salmağa çalışdığını söyləyib. Onun sözlərinə görə, həmin qüvvələr bununla heç nəyə nail olmayacaqlar. BQP sədri Fazil Mustafa da həmin görüşdə iştirak etməyənlərin böyük siyasi səhvə yol verdiklərini qeyd edib. “Ümid” Partiyasının sədri İqbal Ağazadə deyib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir. AXP sədri Pənah Hüseyn isə AXCP və “Müsavat” üzvlərinin hədlərini aşdıqlarını bildirib: “İnsanları genidəyişdirilmiş kimi nalayiq ifadələrlə aşağılayıb ədəbsizlik etmək lazım deyil”.
Bəli, xarici anti-azərbaycançı dairələrdən maliyyələşdikləri, onların əmrlərini yerinə yetirən, ermənilərin təhriki və maliyyə dəstəyi ilə ölkə daxilində sabitliyi pozmağa çalışan “qrant müxalifəti”nin təmsilçiləri bütün kartlarını açmaq məcburiyyətində qaldılar. AXCP və “Müsavat” kimi adını “demokrat” qoyan, amma erməni siyasətinə dəstək fəaliyyəti nümayiş etdirənlər artıq iç üzlərini cəmiyyətə göstərirlər. Onların potensialı, xarakterləri isə yalnız sifariş əsasında xidmət göstərməyə yarayır və bu kəsimin təmsilçiləri bunu öz əməlləri ilə dəfələrlə “sübut ediblər”...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

