2014-cü ildə Nizami rayonunda mühüm nailiyyətlər əldə edilib
19.02.2015 [12:37]
Nizami rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Dünən Nizami rayon İcra Hakimiyyətində (RİH) 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkilləri Rasim Musabəyov, Rüfət Quliyev, Flora Qasımova, İqbal Məmmədov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Hesabat yığıncağı rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, ümumiyyətlə, Nizami rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Nizami rayonunun da öz yeri və payı var. Ötən müddət ərzində rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istehsalın inkişafına xüsusi diqqət yetirilib, yeni istehsalat sahələri açılıb, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ölkədə bütün sahələr üzrə müsbət inkişaf dinamikasının məntiqi nəticəsi kimi, Nizami rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, 2014-cü il ərzində rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilib, yeni istehsalat sahələri açılıb və genişləndirilib. Hesabat dövründə rayonun sənaye müəssisələri də artım tempi ilə işləyib, bir çox yenidənqurma işləri aparılıb, istehsal əvvəlki illərə nisbətən artıb. 2014-cü ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən 4477,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 13 faiz çoxdur. Sənayedə isə 476,8 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2013-cü illə müqayisədə 4,2 faiz çoxdur. İstehsalın 37,6 faizi qeyri-dövlət sektoruna aiddir. Həmçinin sənayenin dövlət sektorunda 298,1 milyon manatlıq və ya ümumi istehsalın 62,4 faizi qədər məhsul istehsal edilib, xidmətlər göstərilib.
Diqqətə çatdırılıb ki, müəssisələr tərəfindən 2014-cü ildə ümumi dəyəri 491,7 milyon manatlıq hazır məhsul istehlakçılara göndərilib ki, bu da illik istehsal həcminin 102,9 faizini təşkil edir.
Qeyd edilib ki, 2014-cü ildə rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 234,4 milyon manat həcmində investisiya yönəldilib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 213,1 milyon manatı və ya 90,4 faizi dövlət, 21,3 milyon manatı və ya 9,1 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Adambaşına düşən investisiyaların həcmi 1210 manat olub.
Bildirilib ki, 2014-cü ilin yanvar-dekabr aylarında istifadə edilmiş investisiyaların 181,7 milyon manatı və ya 77,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 84,3 faiz çoxdur.
Vurğulanıb ki, 2014-cü ildə Nizami rayonunda 2763 yeni iş yeri açılıb ki, onlardan 842-si daimidir, 232-si mövcud müəssisə və təşkilatlara, 1689-u isə fiziki şəxslərə aiddir. Ümumilikdə son on ildə 23609 yeni iş yeri açılıb, onun da 23512-si daimi iş yerləridir.
Qeyd edilib ki, 2014-cü ildə orta aylıq əməkhaqqı 498,5 manat təşkil edib və sənaye sahəsində 9,6 faiz, nəqliyyat sahəsində 4,8 faiz, rabitə sahəsində 41,4 faiz, ticarət sahəsində 6,2 faiz, təhsildə 2 faiz, peşə, elm və texniki fəaliyyət sahəsində 13,2 faiz, ictimai iaşədə 30 faiz artıb.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkilləri Rasim Musabəyov, Rüfət Quliyev, Flora Qasımova, İqbal Məmmədov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış ediblər. Natiqlər ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin milli inkişafı şərtləndirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Nizami rayonunda da görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Diqqətə çatdırılıb ki, Nizami rayonunun sosial-iqtisadi inkişafı operativ və effektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir.
Şura iclasının qərar layihəsinin və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra RİH başçısı Tahir Budaqov tədbirə yekun vurub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22

