Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sadə vətəndaşlar dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmirlər

Sadə vətəndaşlar dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmirlər

24.02.2015 [11:19]

Hökumət vətəndaşların yeni məzənnə siyasətinə keçidlə bağlı verilən qərardan heç bir ziyan çəkməməsi üçün əlverişli imkan yaradıb
Xəbər verildiyi kimi, ölkəmizdə cari il fevralın 16-dan tətbiqinə başlanan yeni məzənnə siyasəti sırf iqtisadi amillərlə bağlıdır və daxili bazarın qorunması, ölkənin ixrac imkanları üçün yaranan təhdidlərin aradan qaldırılması məqsədi daşıyır. Bu səbəbdən də yeni məzənnə siyasətinə keçid nəticəsində dolların bahalaşması sadə vətəndaşların gündəlik həyatlarına təsirsiz ötüşür və bununla bağlı hər hansı gərginlik müşahidə olunmur.
Məlumdur ki, son zamanlarda ölkəmizdə iqtisadiyyatın səmərəli diversifikasiyası siyasəti həyata keçirilib, o cümlədən də, respublikamızda daha çox tələbat duyulan sahələrdə, əhalinin gündəlik həyatı ilə sıx bağlı olan ərzaq təminatında yerli istehsalın genişləndirilməsi güclü şəkildə təşviq olunur. Ölkəmizdə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqram çərçivəsində son illərdə respublikamızda heyvandarlığın, quşçuluğun, bitkiçiliyin və aqrar sektorun digər sahələrinin intensiv inkişafı və bu əsasda əsas ərzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə irihəcmli malliyyə vəsaitləri hesabına bir sıra layihələr reallaşdırılıb. Nəticədə, ölkəmizə ət və ət məhsulları, quş əti, yumurta, bitkiçilik məhsulları ixracı 100 faizədək azalıb. Azərbaycanda zamanında daxili tələbatın yerli istehsal hesabına ödənilməsinin qayğısına qalınması və bu məqsədlə zəruri tədbirlər görülməsi, istehsalçılara hər cür dəstək göstərilməsi hazırda ölkəmizdə ixrac inflyasiyası təhdidlərini aradan qaldırır. Bunun nəticəsidir ki, son günlərdə dolların bahalaşmasına baxmayaraq, istehlak bazarında ərzaq məhsullarının qiymətləri sabitdir və bahalaşma müşahidə edilmir.
Yeni məzənnə siyasətinə keçidlə bağlı vətəndaşların bank əmanətlərini də hər hansı təhlükə gözləmir. Respublikamızda formalaşan ənənəyə uyğun olaraq vətəndaşların böyük əksəriyyəti öz əmanətlərini əsasən dollar hesabında saxlamağa üstünlük verirlər. Hazırda ölkəmizdə əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bank əmanətləri sahəsində də hər hansı ciddi problem müşahidə olunmur. Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərinin xarici valyutaya konvertasiyasını həyata keçirib. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şans yaradıb və insanlar da bu şansdan bəhrələnərək özlərinin manat hesablarını dollar hesabına dəyişməyə müvəffəq olublar. Vəsaitlərini xarici valyutada saxlayan böyük əksəriyyət isə, hətta uduşlu vəziyyətdədir.
Yeni məzənnə siyasətinə keçidin sadə vətəndaşlar üçün başqa bir üstünlüyü isə kreditlərlə bağlıdır. Son illərdə respublikamızda kreditlərin əksər hissəsi manatla verildiyinə görə kredit alan şəxslər də hər hansı problemlərlə üzləşməyiblər. Bu, vəziyyət, həmçinin, istehlak mallarını kreditlə alan şəxslərə də aiddir.
Yeri gəlmişkən, rəylərini öyrəndiyimiz sıravi vətəndaşlar da dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmədiklərini bildirdilər. Məsələn, Röyal Əliyevin sözlərinə görə, dolların bahalaşması vətəndaşlar üçün hər hansı bir ciddi problem yaratmayıb: “İlk növbədə, qiymətlərin sabit olması, yəni hər hansı bir qiymət artımının müşahidə olunmaması qeyd edilməlidir ki, bu, öz növbəsində, sadə vətəndaşlar və ölkə iqtisadiyyatı üçün pozitiv məqamdır. Digər tərəfdən, kredit alan şəxslərin hər hansı bir problemlə üzləşməməsini diqqətə çatdırmaq istəyirəm. Çünki bilirsiniz ki, vətəndaşlar kreditləri əsas etibarilə manatla alırlar, bu isə o deməkdir ki, dolların bahalaşması bu baxımdan da vətəndaşlara təsir göstərməyəcək”.
Aytən Səfərova isə bildirib ki, dolların bahalaşmasının sadə vətəndaşlara təsiri məsələsinə geniş aspektdən yanaşmaq lazımdır: “Belə ki, vətəndaşların əksəriyyəti öz maliyyə vəsaitlərini xarici valyutada saxlayırlar. Belə olan halda, dolların bahalaşması onlar üçün iqtisadi mənfəət baxımından faydalıdır. İkincisi, bəzi istehlak mallarını kreditlə alan şəxslər ödənişi manatla etdiklərinə görə hər hansı bir problemlə üzləşməyəcəklər. Üçüncüsü isə, düşünmürəm ki, Azərbaycan iqtisadiyyatı bu prosesdən neqativ təsirlənəcək. Çünki daxili istehsalın genişləndirilməsi qiymətin də tənzimlənməsini şərtləndirir”.
Elçin Qurbanov isə diqqətə çatdırıb ki, dolların bahalaşması Azərbaycan vətəndaşları üçün risk daşımır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi strategiya sayəsində həm ölkə iqtisadiyyatının dayanıqlılığı təmin edilib, həm də bu proseslərdən vətəndaşların neqativ təsir görməməsi üçün müvafiq tədbirlər görülüb: “Digər tərəfdən, cəmiyyətdə müşahidə edilən bir məqamı diqqətə çatdırmaq istəyirəm. Bu, ondan ibarətdir ki, vətəndaşların əksəriyyəti bu günlərdə banklardakı əmanətlərini xarici valyutaya konvertasiya etdilər. Bu, hökumətin manatın dollara nisbətdə kursunun dəyişməsi ilə bağlı xəbərdarlığından sonra oldu”.
“Azərbaycanda dolların bahalaşması ilə bağlı ictimai rəydə bəzi çaşqınlıq yaratmaq cəhdləri var. Belə hallar yolverilməzdir, çünki dolların bahalaşmasının ölkə iqtisadiyyatına, vətəndaşların rifah halına mənfi təsir edəcəyini düşünmürəm. Çünki iqtisadi ekspertlər qeyd edirlər ki, ölkədə yerli istehsal kifayət qədərdir ki, bu da qiymət artımına yol açmır. Ekspertlərin fikirlərinə istinad etsək, deyə bilərik ki, dolların bahalaşmasının iqtisadi duruma mənfi təsiri olmayacaq”. Bu sözləri isə Nail Məmmədov deyib.
N.Qələndərli

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31