Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəmil Həsənov hüququ heçə sayacaq, ailə məsələlərini siyasiləşdirəcək qədər siyasi əxlaqsızdır...

Cəmil Həsənov hüququ heçə sayacaq, ailə məsələlərini siyasiləşdirəcək qədər siyasi əxlaqsızdır...

26.02.2015 [00:08]

86 yaşlı qadını maşınla vuran, hadisəni hüquq-mühafizə orqanlarından gizlədən Günel Həsənliyə verilən cəzanı siyasiləşdirməyə çalışan qondarma “şura” sədri hansı mənəvi “keyfiyyətlərə” malik olduğunu növbəti dəfə ortaya qoyur
Xəbər verildiyi kimi, Yasamal rayon Məhkəməsi qondarma “Milli şura”nın sədri Cəmil Həsənovun qızı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub.
O da məlumdur ki, artıq bir neçə aydır araşdırılan iş və verilən hökmlə bağlı Cəmil Həsənov heç bir siyasi etikaya sığışmayan təbliğat aparır. Baş vermiş yol qəzası ilə bağlı çıxarılan hökmə siyasi don geyindirməyə çalışan C.Həsənov 86 yaşlı qadını maşını ilə vuran qızını “qorumaq” üçün hər yola əl atır. Məsələni min bir yerə yozmağa çalışan, qızını məsuliyyətdən yayındırmaq üçün hətta hüquq-mühafizə orqanlarına belə şər-böhtan atan C.Həsənovun yalanları isə faktlarla ifşa olunub. Belə ki, o zaman da Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama yayaraq Günel Həsənlinin 86 yaşlı piyadanı vurduğunu, qəzanı isə hüquq-mühafizə orqanlarından gizlətməyə çalışdığını bildirmişdi.
Maraqlıdır ki, baş vermiş hadisə ilə bağlı qərar çıxarılan kimi qondarma “şura” sədri yenidən öz ampluasında “peyda” olub, özünəməxsus “hay-küy” yaratmaq niyyətindədir. Radikal düşərgə nümayəndəsi baş vermiş yol qəzasını gizlətməyə çalışmaq və hüquq-mühafizə orqanlarına yalan danışmaqla qanunları pozan qızını məsuliyyətdən “qurtarmaq” üçün siyasi manevrlərə əl atır, bu hadisəni “siyasi müstəviyə” dartmağa cəhd göstərir.
Əlbəttə ki, radikal düşərgənin mütəmadi olaraq müraciət etdiyi bu metod artıq hər kəsə bəllidir. Öz günahını gizlətmək üçün yalançı hay-haray salmaq, məsələni siyasiləşdirmək, hətta adını “beynəlxalq təşkilat” qoyan anti-azərbaycançı mərkəzlərə “müraciətlər” ünvanlamaq bu düşərgə üçün peşəyə çevrilməkdədir. Eləcə də, Cəmil Həsənov üçün...
Hər zaman “demokratiyadan” danışan, düzgünlükdən “dəm vuran”, başqalarının gözündə tük axtaran C.Həsənov, görəsən, nə üçün öz gözündəki tiri nəinki görmür, hətta inkar etməyə çalışır? 20 günə yaxın bir müddətdə baş verən hadisəni hüquq-mühafizə orqanlarından gizlədən, yaşlı bir qadını vurduğunu belə etiraf etməyə gücü çatmayan, bu faktı danan və hüquq-mühafizə orqanlarını aldatmağa çalışan qızına qanun çərçivəsində cəza kəsilməsi onun “demokrat” maskasını nə tez yırtıb?
Özünü “tarixçi alim” adlandıran bu şəxsin vətəndaşı olduğu qanunlara hörməti bu qədərdirmi? Hələ nəzərə alsaq ki, C.Həsənov prezidentliyə namizəd olub, artıq şərhə ehtiyac qalmır. Görəsən, 86 yaşlı bir qadını maşını ilə vuran qızını sudan quru çıxarmaq üçün əldən-ayaqdan gedən, C.Həsənov bu əməllərindən utanırmı? Bunun bir adı var - siyasi əxlaqsızlıq...
Bu fakt radikal düşərgə təmsilçilərinin hər zaman boğazdan yuxarı yalanlarının üstünə növbəti dəfə işıq saldı. Axı kimliyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. C.Həsənov unudur ki, Azərbaycan onların 1992-ci ildə idarə etdiyi cəzasızlıq mühitinin baş alıb getdiyi ölkə deyil. Bu gün Azərbaycanda hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Hətta qondarma “şura sədri”nin qızı da...
Görəsən, başqa bir şəxs C.Həsənovun yaxınlarından birinə təsadüfi qəza nəticəsində bir xəsarət yetirsəydi, qondarma “şura” sədri bu dəqiqə aləmi bir-birinə qatmazdımı? Axı xəsarət alan 86 yaşlı şəxs də bu ölkənin vətəndaşıdır. Bəyəm, C.Həsənovun qondarma “şura” sədri olması qızını bu məsuliyyətdən yayındırmalıdırmı? Əsla! Hüquqi dövlət olan Azərbaycanda hər kəs qanun qarşısında cavab verməlidir.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31