Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC ilə bir sıra xarici ölkələrin informasiya agentlikləri arasında əməkdaşlıq sazişləri və Anlaşma Memorandumu imzalanıb

AZƏRTAC ilə bir sıra xarici ölkələrin informasiya agentlikləri arasında əməkdaşlıq sazişləri və Anlaşma Memorandumu imzalanıb

03.03.2015 [09:51]

Martın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRESS Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AZƏRTAC-ın 95 illik yubileyi mərasimində baş direktor Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer, STA-nın baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş direktoru İon Alexandru Giboi imzalayıblar.
Sənədlərə əsasən, AZƏRTAC ilə bu agentliklər arasında informasiyaların mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.
Xatırladaq ki, fevralın 27-də AZƏRTAC ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında saziş imzalanmışdı.

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31