Aslan Aslanov: AZƏRTAC dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir
03.03.2015 [09:54]
“Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC özünün ilk xəbərini 95 il bundan əvvəl yayıb. Onu quran insanlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək”.
Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində bildirib.
A.Aslanov deyib ki, AZƏRTAC çox çətin və şərəfli yol keçib. Bütün maneələrə baxmayaraq, hətta keçmiş sovet məkanında da AZƏRTAC öz xəbərləri ilə tanınır, Azərbaycan haqqında xəbərləri ölkənin sərhədlərindən kənara çıxara bilirdi. Bütövlükdə Azərbaycan dilində informasiyanın formalaşmasında və ölkəmizin informasiya siyasətinin müəyyənləşdirilməsində AZƏRTAC əvəzsiz rol oynayıb, ən əsası isə 95 illik bir dövrdə Azərbaycanın tarixi salnaməsini yaradıb.
Baş direktor AZƏRTAC-ın möhkəm əsaslar üzərində qurulmasında və dünya informasiya məkanında layiqli yer tutmasında Ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb. Qeyd olunub ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Ümummilli lider Heydər Əliyev AZƏRTAC-a xüsusi diqqət və qayğı göstərib. Agentliyin maddi-texniki bazası yeni, müasir avadanlıqlarla möhkəmləndirilib, kadr potensialı gücləndirilib.
Bu gün Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxmaq əzmindədir, dünyada söz və nüfuz sahibdir. Bütün bunlar AZƏRTAC-ın da dünya informasiya məkanında nüfuzunun artmasına mühüm təsir göstərir.
Baş direktor agentliyin beynəlxalq əlaqələrindən danışaraq diqqətə çatdırıb ki, hazırda dünyanın bir çox nüfuzlu informasiya agentlikləri ilə AZƏRTAC arasında ikitərəfli əlaqələr mövcuddur. “Biz 130-dan çox ölkənin media qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmuşuq. Dünya informasiya siyasətini müəyyənləşdirən ən nüfuzlu alyans olan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında AZƏRTAC artıq 10 ilə yaxındır ki, rəhbər heyətdədir. 2013-cü ildən isə AZƏRTAC-ın baş direktoru bu böyük alyansın vitse-prezidentidir. Azərbaycan Dövlət İnformasiya Agentliyi eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresində də fəal təmsil olunur. 2016-2019-cu illərdə AZƏRTAC eyni vaxtda həm Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, həm də Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək. Dünyanın digər nüfuzlu media qurumu olan Avropa Xəbər Agentlikləri Alyansına keçmiş sovet respublikaları arasında yalnız üç agentlik - TASS, Ukrinform və AZƏRTAC üzv ola bilib”.
A.Aslanov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə məlumat verib. Qeyd edib ki, burada 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub.
Bununla yanaşı, dünyanın bir sıra ölkələrinin informasiya agentliklərinin rəhbərləri - Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Belarus, Baltikyanı ölkələrin informasiya agentliklərinin direktorları, Anadolu agentliyinin nümayəndələri bu gün AZƏRTAC-ı təbrik etmək üçün Bakıya gəliblər.
Bütün bunlar göstərir ki, AZƏRTAC hazırda dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53

