/ / Əli Hüseynli: İndi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir
Əli Hüseynli: İndi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir
07.03.2015 [11:13]
“Bəzi dairələr tərəfindən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışının heç bir əsası yoxdur. İyun ayında keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın həm bir dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur. Çünki belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, həm siyasi, həm insan haqları, həm də iqtisadi baxımdan tam inkişaf etmiş olsun. Azərbaycan Avropada inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır, göstəricilərimiz bundan ibarətdir. Məhz bu amillərin əsasında da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur. Bu dairələrin erməni lobbisi ilə birbaşa əlaqəli olduğunu deyən komitə sədrinin sözlərinə görə, onların ölkəmizdəki havadarları radikal müxalifət və bir sıra “vətəndaş cəmiyyəti nümayəndələri”dir. Ə.Hüseynli deyib ki, məhz həmin dairələr Azərbaycana qarşı belə bir çirkin kampaniyaya başlayıblar. Komitə sədri qeyd edib ki, artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil. Ə.Hüseynlinin sözlərinə görə, indi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir.
“Heç kimdə şübhə yoxdur ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilati işlər ən yüksək səviyyədə icra olunur. Avropa Olimpiya Oyunları ilə əlaqəli olan Avropa nümayəndələri də dəfələrlə təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıblar. Yəni demək istəyirəm ki, Avropa Oyunlarının uğurla keçiriləcəyi artıq həm dünya, həm də Avropa ictimaiyyətinə məlumdur. Əlbəttə ki, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərəcək. Məhz buna görə də, adı çəkilən qüvvələr əks kampaniyaya başlayıblar. Amma həm Azərbaycan, həm də dünya ictimaiyyəti bilməlidir ki, bu sahədə deyilən şaiyələrin heç bir əsası yoxdur” - deyə, komitə sədri vurğulayıb.
Ə.Hüseynli ilk Avropa Oyunlarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsi ilə bağlı müəyyən dairələrin apardığı kampaniyaya da münasibət bildirib. O qeyd edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək “ajiotaj” yaratmaq istəyir. Millət vəkilinin fikrincə, bu cəhdlərin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Azərbaycan dövləti, xalqımız qonaqpərvərdir. Belə bir öhdəlik olmasaydı belə, Azərbaycan dövləti də, xalqı da bu tədbirin keçirilməsinə hazır idi. Qonağı öz adına layiq formada qarşılayıb yola salmaq, bizim xalqımızın uzun əsrlərdən gələn ənənəsidir. Bu məsələ ilə bağlı bir müddətdir ki, sosial şəbəkələrdə başlayan kampaniya da məhz yuxarıda adını çəkdiyimiz həmin dairələrin ortaya atdığı qondarma “ideya”dır. Bu dairələr həm Avropa Oyunlarının keçirilməsi ilə bağlı olan maddi xərclər məsələsini, həm də ölkəmizdə guya insan hüquqları sahəsində problemlərin olması kimi formal, əsassız bəhanələr gətirməklə Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsinə kölgə salmaq istəyirlər. Amma heç şübhə yoxdur ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə yüksək ev sahibliyi edən Azərbaycan, ilk Avropa Oyunlarına da eyni səviyyədə ev sahibliyi edəcək”.
Ə.Hüseynli ilk Avropa Oyunlarında idmançılarımızın böyük uğurlar qazanacağına da əminliyini ifadə edib. “Azərbaycan idmançıları uzun illərdir ki, beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Avropa Oyunları da bir fürsətdir ki, öz evimizdə Azərbaycanın dövlət himnini səsləndirməklə bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan həm güclülər ölkəsidir, həm də inkişaf etmiş, azad və demokratik dövlətdir” - deyə, komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

