Babək Məmmədzadə: 1915-ci il hadisələrinə əcnəbi yazarların baxışı birmənalı deyil
12.03.2015 [12:14]
“1915-ci il hadisələrinə əcnəbi yazarların baxışı birmənalı deyil. Lobbiçilik fəaliyyətinin təsiri altına düşməyən bir çox əcnəbi araşdırmaçıların uzun müddət Avropa arxivlərində apardıqları araşdırmaların nəticəsi ermənilərin 1915-ci il hadisələrinə olan baxışını tamamilə alt-üst edir. “Ermənistan: Terrorist “Xristian” Ölkənin Gizlinləri” kitabı arxiv sənədlərinə əsaslanan qərbli yazar tərəfindən yazılan əsaslı araşdırma işidir. Şotland əsilli amerikalı yazar Samuel Weems bu kitabın 2002-ci ildə ərsəyə gəlməsi üçün Paris, London, Roma, Moskva və İstanbul arxivlərində uzun müddət araşdırma aparmış və 5 cilddən ibarət olacaq kitabın ilk nəşri 2002-ci ildə işıq üzü görmüşdür”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü Babək Məmmədzadə deyib.
B.Məmmədzadə bildirib ki, bu kitabın nəşri ilə əlaqədar ermənilər müəllifə mütəmadi olaraq hədə-qorxu gəlib (kitabda ona ünvanlanan təhdid məktublarının bəziləri nəşr olunub) və müəllif fiziki hücuma məruz qalıb. 2003-cü ildə isə bu günə qədər müəmmalı ölümü ilə yaddaşlarda qalıb. Onun sözlərinə görə, 382 səhifəlik kitab ermənilərin hazırda yaşadıqları ərazinin tarixi Azərbaycan torpağı olduğunu göstərir. Bu mənada yazar ermənilərin bu ərazilərə köçürüldüyünü aydın şəkildə qeyd edir. Bundan əlavə, müəllif ermənilərin keçən əsrdən etibarən türk xalqlarına qarşı terror həyata keçirdiklərini və öz mənfur məqsədlərinə çatmaq üçün hətta yeni tarixdə Xocalı kimi qətliamı törətdiklərini yazır.
“Arxiv sənədlərinə əsaslanan kitabda yazar Amerikada yaşayan ermənilərin “genosid” iddiası ilə amerikalıların maddi və mənəvi dəstəyini almaq üçün müxtəlif variantlara əl atdıqlarını faktlarla sübut edir. Müəllif vurğulayır ki, müsəlmanların Amerikaya qəzəbinin arxasında Amerika xarici siyasətinin ikili standartı və haqsızlığı durur. Bu mənada Azərbaycanın hücuma məruz qaldığı halda ABŞ-ın ermənilərə xarici yardım göstərməsi və Azərbaycana ədalətsiz olaraq bu yardımın göstərilməməsi toplumda nifrət hissi yaradır. Yazar kitabın ayrıca fəslini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edir və azərbaycanlıların erməni terrorundan və işğalçı siyasətindən tarix boyu əziyyət çəkdiklərini vurğulayır. Yazarın qeydinə əsasən, kiçik Ermənistan dövlətinin əsas ixracı terrorizm, əsas idxalı isə xristian ölkələrindən xarici yardım təşkil edir. Müəllif qeyd edir ki, ermənilərin 1915-ci il iddiası tamamilə əsassızdır. Çünki 1919-cu il Paris Konfransından öncə bu məsələ amerikalıların da iştirak etdiyi xüsusi komissiya tərəfindən araşdırılmış və ermənilərin iddiasının hər hansı əsasının olmaması ilə yekunlaşmışdır. Bu baxımdan, yazar bu məsələyə hələ 1919-cu ildə hüquqi qiymət verildiyini və erməni iddiasının hər hansı əsasının olmadığını bildirir” - deyə, B.Məmmədzadə qeyd edib.
Onun sözlərinə görə, digər önəmli araşdırmaçı - avstriyalı Erich Feigl də “Erməni Mifomaniyası” kitabında hadisələrə tarixi baxımdan nəzər yetirir və kitabının ilk səhifəsində dostlarının və tanışlarının ona bu mövzuda araşdırma aparmasının həyatına təhlükəli olduğunu bildirdiklərini açıq şəkildə göstərir: “Təsadüfi deyil ki, kitab nəşrə hazırlanan zaman yazar həyatını itirir. Bundan daha öncə müəllif erməni terror qrupu tərəfindən 1984-cü ildə Vyanada qətlə yetirilən Türkiyə səfirliyinin attaşesi Erdoğan Özenə 1986-cı ildə qələmə aldığı “Terror Həqiqətləri: Erməni terrorizminin mənbəyi və səbəbləri” kitabını ithaf edərək erməni terrorunun dəhşətlərini təfsilatı ilə qələmə almışdır”.
Xəbər lenti
Hamısına baxGündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25

