Pakistan Prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib
14.03.2015 [10:55]
Martın 13-də Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Pakistan dövlətinin başçısı əvvəlcə universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr ali qonağı urdu dilində salamlayıb, Azərbaycan-Pakistan əlaqələri, Pakistanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini söyləyiblər. Pakistan Prezidenti tələbələrin çıxışından məmnunluğunu bildirib, onlara təşəkkür edib. Sonra Pakistan dövlətinin başçısı Heydər Əliyev Muzeyi ilə tanış olub.
Universitetin akt zalında davam edən tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Prezident Məmnun Hüseyni rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Bakı Dövlət Universitetinə gəlişini tarixi hadisə adlandırıb. Rektor ali qonağın bioqrafiyası, dövlət başçısı kimi gördüyü işlər barədə məlumat verib.
Azərbaycan ilə Pakistan arasında yüksək səviyyəli strateji müttəfiqlikdən danışan A.Məhərrəmov vurğulayıb ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə Pakistandır. Rəsmi İslamabad, eyni zamanda, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı dövlət kimi tanımır. Pakistanın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti və böyük elm ənənələri var. Dünyada fundamental elm sahələri üzrə cəmi iki müsəlman alimi Nobel mükafatına layiq görülüb ki, onlardan biri - dünya şöhrətli fizik Abdus Salam pakistanlıdır.
İki dövlətin diplomatik münasibətlərinin 1992-ci ildən başlandığını xatırladan rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə hər zaman diqqət yetirib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində olmasına çalışıb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını daim diqqət mərkəzində saxlayır. A.Məhərrəmov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə yönələn xidmətlərini xüsusi vurğulayıb.
Rektor qonağa BDU haqqında məlumat verərək bildirib ki, 1919-cu ildən fəaliyyət göstərən universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 20 minədək tələbə təhsil alır. Bu ali təhsil ocağının respublikamızda bir çox ali məktəblərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında mühüm rol oynadığı qeyd olunub. BDU-da 14 dilin, o cümlədən urdu dilinin tədris edildiyi diqqətə çatdırılıb.
Daha sonra akademik A.Məhərrəmov universitetin elmi şurasının Pakistan Prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Pakistan dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.
Prezident Məmnun Hüseyn BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb. Dövlət başçısı Azərbaycan-Pakistan münasibətlərindən danışıb, iki ölkə arasında əlaqələrin hazırkı durumundan razılığını bildirib. Pakistanlıların Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə ürəkdən sevindiklərini vurğulayıb.
BDU-da urdu dilinin tədrisini yüksək dəyərləndirən ali qonaq tələbələrin bu dili daha dərindən mənimsəmələri üçün onların təhsillərini Pakistanda davam etdirmələrinə kömək göstəriləcəyini söyləyib, bununla bağlı təqaüdlü proqramın həyata keçirilməsini təklif edib.
BDU-nun tələbələri adından beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Pakistan vətəndaşı Ərşad Rana çıxış edərək universitetdə keyfiyyətli təhsil üçün yaradılan şəraitdən söz açıb, Prezident Məmnun Hüseyni bu ali məktəbin fəxri doktoru seçilməsi münasibətilə təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

