Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əjdərbəy məscidində görüş

Əjdərbəy məscidində görüş

14.03.2015 [10:55]

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Bakıdakı Əjdərbəy məscidində olub.
AZƏRTAC xəbər verir ki, Pakistan dövlətinin başçısı məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Allahşükür Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.
Şeyxülislam vurğulayıb ki, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Prezident Məmnun Hüseyn Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31