Siyavuş Novruzov: Prezidentin imzaladığı əfv Sərəncamı humanizm siyasətinin davamıdır
20.03.2015 [11:21]
“Cənab Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı imzaladığı növbəti əfv Sərəncamı humanizm siyasətinin davamıdır”. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycanda Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizim siyasəti daim davam etdirilib: “Ümummilli lider hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə, ölüm hökmü ləğv edildi. Ümummilli liderin dövründə də, Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya aktları qəbul edilib və əfv sərəncamları imzalanıb ki, bunlar da kifayət qədər insanlara şamil olunub. Heydər Əliyev siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir. İndi isə Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv Sərəncamı imzaladı və bu, kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində keçirəcəklər”.
S.Novruzov daim Azərbaycanı qərəzli şəkildə tənqid edən beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyinə də toxunub. O qeyd edib ki, belə təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar: “Təbii ki, belə humanist addımları dilə gətirmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gərginləşdirsələr, onlara bir o qədər sərfəlidir. Ona görə ki, onların humanizm prinsipi yoxdur, onların prinsipi odur ki, Azərbaycana necə təzyiq göstərsinlər, necə ikili standartlarla, necə riyakarlıqla Azərbaycana qarşı addımlar atsınlar”.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

