“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi birinci cildi çapdan çıxıb
07.04.2015 [10:06]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi birinci cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 7-də Brüsseldə Kral Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən siyasi brifinqdə iştirakı ilə başlanır.
Kitabda dövlətimizin başçısının brifinqdə çıxışı da yer alıb. Çıxışda deyilir: “BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Ötən ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Lakin Ermənistan heç bir qətnaməni yerinə yetirməyib və bunlara, ümumiyyətlə, məhəl qoymur. Onlar etiraf edirlər ki, bizim ölkənin torpaqlarını işğal altında saxlamaqla Dağlıq Qarabağ üçün müstəqillik qazanacaqlar. Bu, heç vaxt baş verməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Ölkəmizin ərazi bütövlüyünü tanımayan yeganə dövlət Ermənistandır.
Dağlıq Qarabağın Azərbaycandan qoparılması, ümumiyyətlə, müzakirə mövzusu deyildir. Yəni siz təsəvvür edə bilərsinizmi ki, dünyanın istənilən bir guşəsində hər hansı azlıq müstəqillik tələb etməyə başlasa, neçə ölkə yaranar? Dağlıq Qarabağ qədər sahəsi olan, əhalisi 60 min nəfərdən aşağı olan neçə ölkə yaranar, nə qədər insanlar bundan əziyyət çəkər? Yəni azlıqlar hər bir ölkədə, Avropada da var. Yəni siz elə bir ölkə tapa bilməzsiniz ki, orada milli azlıq olmasın. Bəlkə bunun üçün yeganə istisna məhz Ermənistandır. Çünki bu, monoetnik ölkədir və bunun səbəbi məhz ermənilərdən soruşulmalıdır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına və Xaçmaz rayonlarına səfərləri, bir çox xarici ölkələrlə əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsinə aid zəngin materiallar dərc olunub.
Kitabda Prezident İlham Əliyevin Brüsseldə Kral Beynəlxalq Əlaqələr İnstitutunda keçirilən siyasi brifinqdə “Avropa İttifaqı-Azərbaycan: enerji sahəsində və digər sahələrdə əməkdaşlıq” mövzusunda çıxışı və suallara cavabları, Avropa Komissiyasının, Avropa Parlamentinin üzvləri, Belçikanın yüksək vəzifəli şəxsləri ilə danışıqlarına, NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində əməkdaşlığa dair materiallar toplanıb.
Bu cilddə dövlətimizin başçısının Moskvaya, həmçinin türkdilli ölkələrin dövlət başçılarının Antalyada keçirilən VII Zirvə görüşü ilə əlaqədar Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, MDB ölkələri dövlət başçılarının Minsk zirvə görüşü ilə bağlı Belarusa səfərlərindən, dövlət başçıları, beynəlxalq təşkilatların, nüfuzlu dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərdən, apardığı danışıqlardan bəhs edən materiallar, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və imzaladığı bir sıra rəsmi sənədlər əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin noyabrından dekabrınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış iyirmi birinci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25

