BBC-dən Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətsizlik...
09.04.2015 [10:04]
Bu media korporasiyasının əməkdaşı ölkəmizin razılığı olmadan işğal altındakı Dağlıq Qarabağa səfər edib, oradan hazırladığı reportajda faktları təhrif edib
Qabil Hüseynli: Bu işdə təkcə jurnalistlər deyil, onların təmsil etdiyi media korporasiyaları, televiziyalar və həmin jurnalistin təmsil etdiyi ölkə də məsuliyyət daşıyır
“BBC”nin müxbiri Reyhan Demitrie Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və reportaj hazırlayıb. APA-nın məlumatına görə, reportajda müəllif Ermənistan dövlətinin işğalçılıq siyasətini geri plana atmaq üçün guya ermənilərin və azərbaycanlıların bu torpaqlar uğrunda 1990-cı illərdən vuruşduğunu iddia edib: “Azərbaycan bu torpaqlar üzərində nəzarəti itirib və yüz minlərlə etnik azərbaycanlı evlərindən qaçmalı olub. 20 ildir, atəşkəsin elan olunmasına baxmayaraq, təmas xətti ağır şəkildə hərbiləşdirilib. Orada tez-tez atışma və ölüm halları baş verir. Dağlıq Qarabağ özünü müstəqil respublika elan edib. Onun özünün “hökuməti”, “universitetləri”, hətta “beynəlxalq aeroportu” var. Reallıq isə budur ki, Qarabağ erməniləri dünyadan təcrid olunublar”.
Reyhan Demitrie ötən il “Dağlıq Qarabağ Respublikası”nın özünün “20 illik müstəqilliyi”ni qeyd etdiyini bildirib: “Lakin bu müstəqillik və respublika bu torpaqları Azərbaycanın bir hissəsi hesab edən beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bu münaqişə həll olunmamış qalır və bunun nümunələrindən biri bir neçə il əvvəl bərpa olunmuş aeroportdur ki, orada oturacaqlar boşdur. Ora heç bir uçuş həyata keçirilmir. Burada təyyarələrin Azərbaycan tərəfindən vurulması riski var. Çünki tərəflər arasında hələ də sülh razılaşması yoxdur”.
Daha sonra müəllif özünü qondarma qurumun xarici işlər naziri elan edən Karen Mirzoyanın müsahibəsini təqdim edib.
Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında bu cür reportajları pisləyib. O bildirib ki, xarici jurnalistlərin Dağlıq Qarabağa səfərlər etməsi oradakı separatçı rejimin apardığı təbliğat siyasətinin əsas elementlərindəndir.
Onun sözlərinə görə, bu rejim mediadan bir alət kimi istifadə edir: “Separatçılar guya həmin ərazidə milli azadlıq hərəkatının olması, işğal altındakı ərazilərin oranın erməni xalqına məxsusluğu barədə uydurduqları mifləri media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Digər tərəfdən, jurnalistlərin bu bölgəyə səfərləri onların hüquqi cəhətdən tanınmasına da yardım edir. Jurnalistlərin, incəsənət adamlarının, Azərbaycanın icazəsi olmadan bu ərazilərə səfər etməsi və onun təbliği ilə məşğul olması ciddi hüquqi pozuntudur. Çünki qondarma respublika heç kəs tərəfindən tanınmayıb, dünya ölkələri, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib”.
Q.Hüseynli bildirib ki, işğal altındakı ərazilərə yalnız rəsmi Bakının icazəsi ilə gedilməlidir: “Bakı həmin bölgəyə qanunsuz səfər edən jurnalistlərin hamısını “qara siyahı”ya salır, gələcəkdə onların Azərbaycana səfər etməsi qadağan edilir. Bu məsələ Azərbaycanın yaralı yeridir. Azərbaycan bu istiqamətdə fəal iş aparır və yəqin ki, bunun nəticəsi olacaq”.
Politoloqun fikrincə, həmin jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr, işlədikləri şirkətlər qadağan etməlidirlər: “Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkə bu bütövlüyü pozan hərəkətlərə şərait yaradırsa, hüquqi pozuntuya şərait yaratmış, bir növ beynəlxalq hüquq normalarını ayaqlar altına atmış olur. Bu işdə təkcə jurnalistlər deyil, onların təmsil etdiyi media korporasiyaları, televiziyalar və həmin jurnalistin təmsil etdiyi ölkə də məsuliyyət daşıyır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

