ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Milli Məclisdə olub
09.04.2015 [10:10]
Aprelin 8-də Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycanın ATƏT və onun müvafiq institutları ilə əməkdaşlığa ciddi önəm verdiyini söyləyib. Bildirib ki, 1992-ci ildən başlayan bu münasibətlər hazırda beynəlxalq aləmdəki mövcud reallıqlara və çağırışlara uyğun şəkildə qurulmaqdadır. Həm hökumət qurumları, həm Parlament Assambleyası, həm də Demokratik Təsisatlar və İnsan Haqları Bürosu vasitəsilə həyata keçirilən fəaliyyət bu illər ərzində Azərbaycanın üzv olduğu ilk Avropa qurumu kimi ATƏT-in bir çox dəyərlərinin ölkəmizdə bərqərar olması istiqamətində uğurlu nəticələr verib.
Ötən il ATƏT Parlament Assambleyasının illik sesiyyasının Bakıda keçirildiyini xatırladan Milli Məclisin sədr müavini bildirib ki, bu sessiya ATƏT dəyərlərinin Azərbaycanda nə qədər üstün tutulduğunu və Azərbaycanın ATƏT üçün nə qədər önəmli ölkə olduğunu bir daha ortaya qoydu. Qeyd edilib ki, bu illər ərzində alınan qərarlar, əldə edilən nəticələr və mövcud çağırışların qarşıya qoyduğu hədəflər birgə fəaliyyətin daha da genişlənməsini tələb edir.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığa toxunan Bahar Muradova qeyd edib ki, bu əməkdaşlıq dövründə Azərbaycan üzərinə götürdüyü öhdəliklərə daim sadiq qalıb. ATƏT-in bu institutunun Azərbaycandakı fəaliyyəti bir çox sahələrdə uğurlu nəticələr verdiyi kimi, seçki monitorinqi sahəsində də ciddi müzakirələrə səbəb ola bilən fəaliyyətlə yadda qalıb. O, ATƏT-in iki ayrı-ayrı institutunun bir məsələ ilə bağlı fərqli mövqelərdən çıxış etməsinin təşkilatın dünyadakı nüfuzuna mənfi təsir göstərə biləcəyini vurğulayıb. “Azərbaycanda indiyə qədər dəfələrlə seçkilər keçirilib və Parlament Assambelyasında seçkilərin nəticələrinin müzakirəsi zamanı obyektiv reallığa söykənən fikirlər səslənib və ümid edirəm ki, bu, gələcəkdə də belə olacaq”, - deyə Bahar Muradova əlavə edib.
Mixael Linkin budəfəki səfərinin Azərbaycanda parlament seçkiləri ilinə təsadüf etdiyini deyən Bahar Muradova bildirib ki, seçkilərə siyasi qüvvələr və Azərbaycan cəmiyyəti olaraq ciddi şəkildə hazırlıq gedir: “Azərbaycanın seçki qanunvericiliyi və bu günədək keçirilən seçkilər onu sübut edir ki, biz bu seçkiləri də yüksək səviyyədə təşkil edəcəyik. Artıq Azərbaycanın bu sahədə təcrübəsi var”.
Bahar Muradova budəfəki seçki monitorinqinin əməkdaşlığın səviyyəsinə daha çox uyğun gələcəyinə inandığını deyib.
Mixael Link bütün fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib. O bildirib ki, hər hansı bir işi görmək üçün qanunlar və prinsiplərdən başlamaq və əməkdaşlığa əsaslanmaq lazımdır. Müşahidənin obyektiv olması üçün bir araya gələrək rəyləri ümumiləşdirməliyik. Bu yaxınlarda ATƏT Parlament Assambleyasında və AŞ PA-da görüşlər keçirdiyini deyən qonaq seçkiləri müşahidə zamanı bütün mövqeləri birləşdirərək birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə dair razılıq əldə edildiyini söyləyib. M.Link Azərbaycanda keçiriləcək seçkilərin də məhz bu şəkildə müşahidə olunacağına inandığını deyib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

