Avropada islamofob əhval-ruhiyyə güclənməkdədir
22.04.2015 [09:42]
Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi “qoca qitə”nin qərəzli, tarixi faktlardan və obyektivlikdən uzaq mövqeyini aşkar surətdə əks etdirir
Əli Həsənov: “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür
Müasir dövrdə müstəqil inkişaf yoluna malik olan ölkələrin dinamik tərəqqisi, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi müsbət hallarla yanaşı, neqativ mövqe və yanaşmaların ortaya çıxmasına da səbəb olur. Bu kontekstdə daha çox ikili standartlara istinad edən Avropadakı islamofob dairələrin yanaşması xüsusi olaraq diqqət çəkir. “Qoca qitə”nin funksional təsisatları lobbi fəaliyyəti ilə məşğul olaraq tarixi faktlardan, gerçəkliklərdən kənar ədalətsiz mövqe ortaya qoyaraq təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu baxımdan, son olaraq Avropa Parlamentinin (AP) aprelin 15-də Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümumavropa anımına dair qətnamənin qəbul edilməsi bariz nümunə kimi çıxış edir. Xatırladaq ki, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümumavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının, demək olar ki, hamısı belə bir “soyqırımı”nın baş verdiyini iddia ediblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, “soyqırımı” tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.
Avropa Parlamenti qondarma “soyqırımı” məsələsini təzyiq obyektinə çevirib
Digər tərəfdən, iclasda aşkar şəkildə ermənipərəst mövqe nümayiş etdirilib, Avropa Parlamentində islamofob əhval-ruhiyyənin hökm sürdüyü bir daha ortaya qoyulub. Hətta iş o yerə çatıb ki, Avropa Komissiyasının adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva öz çıxışında “soyqırımı” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. K.Georgiyeva bu haqda suala cavab verərkən “soyqırımı” məsələsinin çox həssas olduğunu deyərək Avropa İttifaqına üzv ölkələr arasında bununla bağlı birmənalı mövqeyin olmadığını bildirib. Amma nəticə ondan ibarətdir ki, islamofob dairələr aşkar surətdə tarixi faktlara, ədalətə zidd yanaşmalarını davam etdirərək qondarma “soyqırımı” məsələsini təzyiq predmetinə çeviriblər. Eyni zamanda, Roma Papasının qondarma “soyqırımı” ilə bağlı söylədikləri əsas götürülüb, aşkar şəkildə onun fikirlərindən istifadə edilib. Bu məqam isə Avropada xristian təəssübkeşliyi fonunda islamofob əhval-ruhiyyənin sistemli və məqsədli şəkildə artdığını ortaya qoyur.
Avropadakı islamofob dairələrin mövqeyi “qoca qitə”nin özünün bəyan etdiyi dəyərlərə ziddir
Bununla yanaşı, məsələ kontekstində digər bir nüansa da toxunmaq vacibdir. Daim ədalət, demokratiya, obyektivlik kimi dəyələrdən bəhs edən Avropa müəyyən maraqlar naminə tarixi saxtalaşdıraraq növbəti “qara piar” və təzyiq kampaniyasını davam etdirir. Başqa sözlə, Avropadakı islamofob dairələrin bu mövqeyi “qoca qitə”nin özünün bəyan etdiyi (üstün tutduğunu iddia etdiyi - N.Q.) dəyərlərə ziddir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV-ə açıqlamasında bu məqamlara toxunaraq qeyd edib ki, Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, l Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin anti-müsəlman və antitürk ovqatından qaynaqlandığı şübhə doğurmur. Əli Həsənov bildirib ki, bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir: “...“Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir”.
Nəticə etibarilə, Avropada islamofob əhval güclənməkdədir. Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi “qoca qitə”nin mövqe və yanaşmasını aşkar surətdə əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

