/ / “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri”
“Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri”
24.04.2015 [10:08]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dünən “Four Seasons” otelində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, Türkiyənin və ölkəmizin elm adamları, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri və fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, uydurma “erməni soyqırımı” bu günün məsələsi deyil. Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, bu mövuzda öz yalanlarını yaymaqda davam edirlər. “Tarix ibrətdən ibarətdir. Tarixdən ibrət götürməyənləri tarix özü cəzalandırır. Ermənilər çox təəssüf ki, tarixdən ibrət götürə bilmirlər. Çünki tarixdə heç bir yalan həqiqət kimi qəbul edilə bilməz. Bu gün dünya da erməni yalanlarını açıq şəkildə görməkdədir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, ermənilərin uydurduqları yalanların ifşa olunması üçün həm Türkiyə, həm də Azərbaycan elm adamları tərəfindən xeyli iş görülüb. Eyni zamanda, Azərbaycan və Türkiyə alimləri birgə konfranslar keçiriblər. Həmçinin, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar beynəlxalq müstəvidə iş görüb, bu dövlət həmin hadisələrə dair arxivlərin açılmasını təklif edib. Ermənilər isə arxivlərin açılmasından qaçır. M.Qurbanlı deyib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ilin mart ayında imzalanmış Azərbaycanlıların soyqırımı haqqında Fərman tarixi həqiqətlərin qiymətləndirilməsi baxımından mühüm sənəddir: “Alimlərimiz də müstəqillik illərində ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı çox böyük işlər görüb. Xüsusilə AMEA-nın Tarix İnstitutunun gördüyü işlər əvəzsizdir. Əslində, soyqırımı törədən ermənilərdir. Ermənilər 1905, 1918-1919-cu, eyni zamanda, ondan əvvəlki illərdə həm Azərbaycan, həm də İran və Türkiyə ərazisində müxtəlif soyqırımı cinayətləri törədiblər. Bu cinayətlər artıq üzə çıxmaqdadır. Əslində, erməni yalanı ilə Türkiyə və Azərbaycanın həqiqətlərinin savaşı xeyirlə şərin savaşıdır. Ermənilərin yalan üzərində dayandığı bizim tərəfimizdən də sübut olunub. Təəssüf ki, Qərb dairələrində məsələni siyasiləşdirmək, Türkiyəyə təzyiq göstərmək üçün bu mövzunu istismar etməkdədirlər. Qərb dairələrində bu mövzu yalnız və yalnız Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunmaqdadır”.
M.Qurbanlı qeyd edib ki, soyqırımını kimin törətdiyi artıq tarixdən bəllidir: “Kimsə 100 il əvvələ qayıdırsa, hər halda 20, 25 il əvvələ qayıtsa daha yaxşı olar. Xocalıda, Qarabağda törədilən faciələr gözümüz qarşısında baş verib. Kimlərsə uydurma “soyqırımı” ermənilərin təbliğatına əsasən qəbul edirlərsə, onlar tarixi təhrif edir, tarixdən ibrət götürmürlər”.
Konfransda məruzə ilə çıxış edən AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov deyib ki, bu gün dünya tarixi həqiqətə söykənməyən qondarma erməni yalanlarının arxasınca gedir: “Biz həmişə haqq işi üzərində mübarizə aparmışıq. Üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil. 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımda Bakıda 12 min türk-müsəlman məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan dəyib. Şamaxı qəzasının 110 kəndinin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər qətlə yetirilib. Bundan başqa, Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırıma məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard manat ziyan dəyib”.
Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan diqqətə çatdırıb ki, çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar: “Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir”.
O, qeyd edib ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: “Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını görürük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və bundan sonra bu kimi hadisələrin baş verməməsi üçün əlindən gələni edəcək”.
Tədbirdə, həmçinin, Türkiyənin Dumlupınar Universitetinin professoru Abdullah İlgari, İstanbul Universitetinin professoru Xalil Bal, Fırat Universitetinin professoru Osman Umar, Ankara Universitetinin professoru Neşə Özdən və AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi İlqar Niftəliyev mövzu ilə bağlı məruzələr ediblər.
Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib ki, beynəlxalq ictimaiyyət ermənilərin uydurma “soyqırımı” iddialarına deyil, Xocalı soyqırımına düzgün qiymət verməlidir. Onun sözlərinə görə, necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunan və heç bir dəlil-sübutu olmayan “erməni soyqırımı” ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir? “Türkiyə və Azərbaycan zaman-zaman eyni taleyi yaşayıb. Türkiyənin Azərbaycanla ortaq mədəniyyəti olduğu kimi, iki ölkə həmişə ortaq acı və xoş taleyi bölüşüb. Biz dünyaya sülh mesajı verməyə çalışırıq. Biz də ermənilər və türk xalqının digər düşmənləri kimi, öz uşaqlarımızda həmin xalqlara qarşı nifrət və ikrah hissi yarada bilərdik. Amma bunu etmirik, dünyada sülh və əmin-amanlığın bərqərar olmasına çalışırıq”, - deyə səfir vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bir sıra təkliflərlə çıxış edib. S.Novruzov deyib ki, erməni yalanları ilə əlaqədar istər Türkiyədə, istər Azərbaycanda, istərsə də Avropanın ayrı-ayrı ölkələrində və yaxud təmsil olunduğumuz beynəlxalq qurumlarda mütəmadi olaraq bu məsələləri qaldırmalıyıq. Erməni yalanlarını sübuta yetirməli və tarixi faktları ortaya qoymalıyıq. S.Novruzov bildirib ki, problemlə əlaqədar gələcək hədəflər müəyyən olunmalıdır. Onun sözlərinə görə, tarixi fakt bəllidir. Fakt bundan ibarətdir ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb: “Bu, yalandır və iftiradır. Bugünkü reallıq isə odur ki, artıq bir sıra dövlətlər qondarma “erməni soyqırımı” ilə bağlı öz qərarlarını veriblər. Hətta bəzi dövlətlər öz vətəndaşlarına “soyqırımı”nı tanımadıqlarına görə cinayət işi açırlar”.
S.Novruzov qeyd edib ki, Türkiyənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən bir sıra Avropa və dünya dövlətləri narahat olmağa başlayıb. “Əgər regiona nəzər salsaq görərik ki, regionda maraqlı olan dövlətlər də bu erməni kartından çox canfəşanlıqla istifadə edirlər. Bəs biz bununla əlaqədar nə etməliyik? Hesab edirəm ki, biz artıq öz hədəflərimizi müəyyənləşdirməliyik. Məsələn, gözləməməliyik ki, ABŞ prezidenti Barak Obama “soyqırımı” ifadəsini dilinə gətirəcək, ya yox. Artıq buna qarşı öz işimizi aparmalıyıq. Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik. Biz onların seçkili orqanlarında fəal iştirak etməliyik. Konqresdə, Senatda və başqa-başqa yerlərdə təmsil oluna bilmiriksə, bu qurumlara seçilmək hüququmuz yoxdursa orada təmsil olunanlara maliyyə dəstəyi göstərməliyik. Sakit oturaraq ildən-ilə bu məsələləri gözləməklə biz heç bir uğura imza ata bilmərik. O baxımdan da gələcək fəaliyyət proqramımızı düzgün qurmalıyıq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında deyib ki, bu gün uydurma “erməni soyqırımı”nı tanıyanların keçmiş nəsilləri vaxtı ilə Osmanlı dövlətini işğal etmək istəyənlərdir: “Bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar. Biz daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq”.
B.Muradova bildirib ki, hələ ki, ermənilərin qondarma “soyqırımı”nın tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu prosesin davam etdiyini deyən vitse-spikerin sözlərinə görə, buna görə də, bizim sakit dayanmağa haqqımız yoxdur. “Birlikdə bu işin qarşısını almalıyıq. Ermənilərin qondarma “soyqırımı”nı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsi vacibdir. Biz arxayınlaşmamalıyıq ki, bu tanınma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, Türkiyə heç zaman çökməyəcək. Amma biz bu proseslərdə birgə və daha güclü mübarizəmizi davam etdirməliyik”, - deyə B.Muradova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

