Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir
24.04.2015 [10:51]
Mehriban xanım Əliyeva: Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan siyasi kurs dayanır. Yəni, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib
Sadalanan bu pozitiv inkişaf tendensiyaları ölkəmizdə bütün sahələrin paralel tərəqqisini təmin edir. Dövlətin xüsusi qayğı və diqqəti sayəsində dinamik inkişaf tempinə malik olan sahələrdən biri də idman sektorudur. Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Bütün bunların nəticəsi olaraq bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Yeri gəlmişkən, aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimində çıxış edən Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva diqqətə çatdırıb ki, bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində yaxşı təcrübə toplanıb: “Bakıda müntəzəm olaraq idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir”.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi hazırlıq işlərini yüksək səviyyədə həyata keçirib
O da xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi mötəbər idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və bu Oyunların təşkilatçılığının respublikamıza həvalə edilməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Azərbaycanın birinci xanımı sözügedən tədbirdə onu da vurğulayıb ki, bu gün Azərbaycanda idmanın, Olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Mehriban xanım Əliyeva deyib ki, Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsinə böyük diqqət yetirilir: “Son 10 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl perspektivlər və imkanlar açılır”.
Qeyd etmək gərəkdir ki, ötən zaman müddətində birinci Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.
Avropanın idman ictimaiyyətinin nümayəndələri də cari ilin yayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirirlər. Yekun qənaət ondan ibarətdir ki, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir”.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edir
Ümumiyyətlə, Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq lazımdır. Bəlli olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır. Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinə ev sahibliyi etməyə tam hazırdır.
Birinci Avropa Oyunları Azərbaycan reallıqlarının nümayişi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edəcək
Yeri gəlmişkən, əksər ekspertlərin vurğuladıqları kimi, birinci Avropa Oyunları Azərbaycan reallıqlarının nümayişi və təbliği baxımından da xüsusi əhəmiyyət kəsb edəcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda Azərbaycan dövlətinin, o cümlədən, Mehriban xanım Əliyevanın fəaliyyət mexanizminin əsas komponentlərindən birini də ölkə reallıqlarının təbliği təşkil edir. Elə bir müddət öncə, “Rossiya 1” telekanalının “Vesti nedeli” analitik proqramında nümayiş olunan və Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilən süjetdə də bu məqamlar yer alıb. Tanınmış jurnalist, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibədə də bu məsələlərə toxunulub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq: “Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.
Bu kontekstdə müstəsna əhəmiyyət kəsb edən əsas nüanslardan birinə də toxunmaq lazımdır. Belə ki, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən, ölkə reallıqlarının dünya miqyasında təbliğini təmin edən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli liderin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdu. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Daha dəqiq desək, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.
Beləliklə, Azərbaycan mədəniyyətinin, ölkə reallıqlarının dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiq nümunə kimi xüsusi əhəmiyyət daşıyır. İlk Avropa Oyunları da bu baxımdan böyük önəm kəsb edəcək. Sözügedən müsahibəsində bu məqama toxunan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz - Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər: “Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

