İstanbulda IV Dünya Türk Forumu keçirilir
25.04.2015 [12:00]
Aprelin 24-də İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən IV Dünya Türk Forumu öz işinə başlayıb.
Forumun açılış mərasimində TASAM-ın sədri Süleyman Şensoy çıxış edərək 4 il əvvəl yaradılmış Dünya Türk Forumunun əsasını müstəqil türk dövlətlərindən başqa türk diasporlarının da təşkil etdiyini və güclü təşkilatlanma prinsiplərinin olduğunu bildirib. S.Şensoy qeyd edib ki, Dünya Türk Forumunun strategiyasına uyğun olaraq, əvvəlki illərdəki kimi Forumda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan və olmayan bütün müstəqil türk dövlətlərindən nümayəndələr iştirak edir. O deyib: “Türk dünyası və diasporları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün Çanaqqala ruhuna ehtiyac olduğu nəzərə alınaraq Forum məhz bu tarixdə keçirilir”.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Makedoniyanın dövlət naziri Furqan Cako, Moldovanın Qaqauz yerinin sabiq rəhbəri Mixail Formuzal, Türk Akademiyasının prezidenti Darhan Kıdırali çıxış edərək Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib, Çanaqqala, Xocalı, Qarabağ və türk dünyasının bütün şəhidlərinin xatirəsini yad ediblər. Onlar Türkiyə və Azərbaycanın timsalında türk dünyasına qarşı müşahidə edilən hücumların qarşısını almaq üçün bütün dünya türklərini həmrəyliyə və birliyə çağırıblar.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib və döyüşlərdə üç minə yaxın azərbaycanlının şəhid olduğunu vurğulayıb. Valeh Hacıyev bildirib ki, qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı Azərbaycan diasporu dünyanın bir çox yerində tədbirlər keçirərək bu iddiaların yalan olduğunu, əsl soyqırımına ermənilərin deyil, türklərin, azərbaycanlıların məruz qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Dövlət Komitəsinin sədr müavini 1918-ci ildə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı aktını da xatırladıb və aşkar edilmiş kütləvi məzarlıqların bu soyqırımını sübut etdiyini vurğulayıb. Çıxışının sonunda V.Hacıyev Azərbaycanın və Türkiyənin üzləşdiyi haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından Forumun işini yüksək qiymətləndirib.
Aprelin 26-dək davam edəcək Forum çərçivəsində əsasən yeni regional və qlobal idarəetmə, xalq diplomatiyası, media, informasiya, türk dünyası və diasporları üçün yeni perspektivlər, “erməni məsələsi” və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva, Musa Qasımlı, Məlahət İbrahimqızı və başqaları var.
Ümumilikdə Forumda Türk dünyasından 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edir.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

