/ / BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib
BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib
28.04.2015 [10:12]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT İqtisadi və Sosial Şurasının dövlət idarəçiliyi komitəsi ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdədir. Aprelin 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən sessiya çərçivəsində Umud Mirzəyev, BAMF-ın Nyu-York təmsilçisi Sergey Matsko və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov bir sıra rəsmilərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevlə görüş olub. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin Demokratiya Fondunda, o cümlədən nüfuzlu Kolumbiya Universitetində BMT-nin Uşaq Fondunun (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və Avropa İttifaqının təmsilçilərinin də iştirakı ilə Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə qatılıblar. Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə keçirilib.
Aprelin 23-də BAMF sədri əsas müzakirə mövzusu “Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli?” sualı olan sessiyaya qatılıb. Bu tədbirdə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak ediblər. Xatırladaq ki, bu il BMT üçün xüsusi ildir. Çünki Minilliyin İnkişaf Məqsədləri artıq başa çatır və 2015-ci ildən sonrakı Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilir. Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti 15 il ərzində nail olunması hədəf kimi götürülür. Sessiyada məhz bu mövzuya uyğun çıxış edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində qazanmış olduğu uğurlardan danışıb. Həmin uğurlar sırasında “elektron hökumət”in qurulması istiqamətində görülən işlər, “ASAN xidmət”in işə düşməsi və s. qeyd edilib. U.Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. BAMF-ın sədri BMT tribunasından Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səslənib.
Tədbirdə çıxış edən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov ictimai iştirakçılıq və QHT menecmentinin tədris olunması ilə bağlı maraqlı təkliflərlə çıxış edib.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin BMT-nin İqtisadi və Sosial Şurasının dövlət idarəçiliyi komitəsinin ekspertlərinin 14-cü sessiyasına qatılması Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

