Sona Vəliyeva medianı Azərbaycana qarşı olanlarla mübarizəyə çağırdı
28.04.2015 [10:15]
Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına münasibət bildirib.
S.Vəliyeva Publika.az-a açıqlamasında deyib ki, bu cür kampaniyalar bir neçə il öncə Bakıda keçirilən “Eurovision” yarışması ərəfəsində də baş verib. Onun sözlərinə görə, Azərbaycanın təşkil etdiyi bu cür nüfuzlu tədbirlərə xələl gətirmək istəyən qüvvələr hər zaman olub: “Onların kim və haradan qaynaqlandığı haqda Azərbaycan xalqı hər şeyi çox yaxşı bilir. İndi bizim üçün əsas məsələ ondan ibarətdir ki, gələn ay Bakıda ilk Avropa Oyunları təşkil olunacaq. Bu beynəlxalq tədbirlə Azərbaycan öz ərazilərini, mədəniyyətini, tarixini, idmanını dünyaya tanıtdıracaq. Dünya bir daha şahid olacaq ki, Azərbaycan 20 il ərzində hansı böyük nailiyyətlərə, inkişafa və uğurlara nail olub.
Bu baxımdan da “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası başa düşüləndir. Çünki Azərbaycan dövləti çox qısa zaman ərzində böyük inkişaf yolu keçib və uğurlar əldə edib. Bu gün ölkəmiz dünyada tanınan, regionda söz sahibi olan dövlətdir. Təbii ki, bütün bunlar nə qədər dostlarımızı sevindirirsə, bir o qədər də düşmənlərimizi məyus edir”.
S.Vəliyeva onu da qeyd edib ki, bu cür beynəlxalq tədbirlə bağlı Azərbaycan mediasının da üzərinə böyük məsuliyyət düşür: “Hesab edirəm ki, Azərbaycan mediası da “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrə və şəxslərə qarşı əlbir olub və kompakt şəkildə birləşərək mübarizə aparılmalıdır. Rəhbərlik etdiyim “Kaspi” qəzeti və “Azadinform” informasiya agentliyi “Ağ Yol” Vətəndaş Hərəkatı və QHT-lərlə birgə ötən həftə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə mübarizə məqsədilə tədbir keçirib, biz bu tədbirə media dəstəyi vermişik. Ümumiyyətlə, biz Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı KİV-lərlə birgə işləyib, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısını almağa çalışırıq. Bilirsiniz, dünyada xeyr və şər, işıq və qaranlıq daim mübarizə aparır və bu mübarizədə hər zaman xeyr və işıq qalıb gəlir.
Biz də xeyrin, işığın tərəfdarlarıyıq. Düşünürəm ki, Azərbaycan dövləti də hər zaman dünyada xeyrin, işığın yanında olduğunu nümayiş etdirəcək. Bizim qalibliyimiz, böyüklüyümüz, tariximiz və keçdiyimiz yol Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları sahiblərini hər zaman məyus edib. Azərbaycan hər zaman bu mübarizədən qalib və üzüağ çıxıb. Artıq Azərbaycanın bu cür şər qüvvələrə qarşı mübarizə təcrübəsi var. Azərbaycan da məhz bu təcrübəyə arxalanaraq, müasir inkişafı özündə birləşdirib və beynəlxalq idman oyununun möhtəşəmliyinə düzgün istiqamət verərək, özünün doğru yolda olduğuna arxayındır”.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

