/ / Nepaldan təxliyyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər
Nepaldan təxliyyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər
02.05.2015 [09:45]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınan humanitar yardım uğurla ünvana çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin göstərişinin icrasının davamı olaraq, Nepalda təbii fəlakət zonasından təxliyyə edilmiş 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşını gətirən həmin təyyarə mayın 1-də saat 07:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Nepaldan təxliyyə olunan vətəndaşlarımız onların ölkəmizə gətirilmələri üçün verdiyi göstərişə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar deyiblər ki, xarici ölkədə təbii fəlakətlə üzləşmək çox çətindir. Dövlətimizin başçısı bizi və ailəmizin üzvlərini üzləşdiyimiz çətin vəziyyətdən xilas etdi. Dövlətimizin başçısı bu göstərişi ilə bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.
Gürcüstan vətəndaşları da göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını çatdırıblar.
Xatırladaq ki, aprelin 25-də Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ bu ölkədə son 80 ildə ən güclü yeraltı təkan hesab olunur. Təbii fəlakət ən çox Nepalın paytaxtı Katmandu şəhərinə ziyan vurub. Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edib. BMT regionda humanitar fəlakət təhlükəsi barədə bəyanat verib.
Son məlumatlara görə, Nepaldakı zəlzələ nəticəsində 6 min nəfərdən çox insan həlak olub, 10 min nəfərdən artıq isə yaralanıb.
Xəbər lenti
Hamısına baxElm
09 Oktyabr 21:13
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21

