/ / Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi beynəlxalq konfrans işə başlayıb
Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi beynəlxalq konfrans işə başlayıb
06.05.2015 [10:17]
Mayın 5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın açılışında BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, dünyanın 19 ölkəsindən nümayəndə heyətləri, Milli Məclisin deputatları, bir sıra səfirliklərin təmsilçiləri, təhsil nazirliyinin, respublikamızın ali və orta məktəblərinin və digər müvafiq qurumların nümayəndələri iştirak edirlər.
Konfransın işinə uğurlar arzulayan rektor bu tədbirin Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına təkan verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakıda artıq altıncı dəfə keçirilən tədbirin məqsədlərindən, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və həlli istiqamətində əhəmiyyətindən, bölmə iclaslarında müzakirə olunacaq mövzuların aktuallığından danışıb. Akademik bildirib ki, bu konfrans müxtəlif ölkələrdən olan alimləri bir araya gətirərək, təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına şərait yaradacaqdır. Konfransın coğrafiyasının ildən-ilə genişləndiyini söyləyən Dövlət müşaviri ötən il 12 ölkədən 40-dək nümayəndənin iştirak etdiyini, bu il isə bu rəqəmin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.
Çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilli Elmira Süleymanova, təhsil nazirinin müavini Firudin Qurbanov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin yayılmasında, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atıb.
Tədbirdə, həmçinin, Çexiyanın Yaxın Şərq və Afrika İnstitutunun direktoru, professor Eduard Qombar, Moskva Şəhər Pedaqoji Universitetinin rektoru, professor Viktor Ryabov, ABŞ-ı təmsil edən Yonah Benjamin Bukstein, Bolqarıstanın Rusiya və MDB ölkələri ilə Dostluq Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Zaxari Zaxariyev, Ausburq Universitetinin əməkdaşı Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Sinan Kaçalin, Minsk Milli Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru, professor Anatoli Qorlatov, Hayfa Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Arye Gut beynəlxalq səviyyəli konfransda iştirak etməkdən məmnunluqlarını bildirib, bu konfransın Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan bəhs ediblər.
Üç gün davam edəcək konfrans işini “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili” və “Azərbaycan ədəbiyyatı” bölmələrində davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 08:50
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09

