Julian Pace Bonello: Əminik ki, “Bakı-2015” bütün Avropa üçün çox uğurlu idman tədbiri olacaq
22.05.2015 [09:04]
Malta Milli Olimpiya Komitəsinin (MMOK) prezidenti Julian Pace Bonello Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırıb.
- Bildiyiniz kimi, ilk Avropa Oyunlarına bir aydan da az vaxt qalıb. Bakının ev sahibliyi edəcəyi bu tarixi idman tədbiri ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Hesab edirəm ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə seçilməsi köhnə qitənin idman aləmi üçün önəmli hadisədir. Avropa Olimpiya Komitəsi (AOK) ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili, uzun müddət yaddaşlarda qalacaq bir idman bayramı olması və qürurla xatırlanacaq hadisəyə çevrilməsi üçün bütün zəruri amilləri nəzərə alaraq bunları reallaşdıra biləcək güclü bir təşkilatçı ölkə seçib. Bu, mühüm qərardır. Köhnə qitənin idman yarışlarının təşkili hamımızın çoxdankı arzusu idi. Azərbaycan ilə AOK-un sayəsində bu arzu artıq reallığa çevrilir.
- “Bakı-2015”də iştirak edəcək Malta yığmasının hazırlığı hansı səviyyədədir? Atletləriniz idmanın hansı növləri üzrə mübarizə aparacaqlar?
- MMOK “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların hazırlığı ilə bağlı ciddi tədbirlər həyata keçirməkdədir. Bu yarışlarda Maltanı Dion Buhagiarın başçılığı ilə təxminən 80 nəfərdən ibarət geniş nümayəndə heyəti təmsil edəcək. İdmançılarımız idmanın əksər növləri üzrə ölkəmizi layiqincə təmsil etmək istiqamətində səylə çalışırlar və bu yarışlarda iştirak hüququ əldə etmək üçün bütün güclərini səfərbər edirlər. İdmançılarımız əsasən atletika, su polosu, badminton, velosiped, cüdo, atıcılıq, üzgüçülük və triatlon yarışlarında qüvvələrini sınayacaqlar. Ölkəmizi “Bakı-2015”də təmsil edəcək idmançıların əksəriyyəti müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş atletlərdir. AOK və Azərbaycan tərəfindən ilk Avropa Oyunlarının böyük uğurla keçirilməsi üçün göstərilən səylər bizi də bu yarışlara ciddi hazırlaşmağa həvəsləndirir. Bu idman tədbirinə Yay Olimpiya Oyunları səviyyəsində hazırlaşırıq.
- Azərbaycanın ev sahibi ölkə kimi ilk Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?
- Mən Azərbaycana ötən ilin noyabrında AOK-un Baş Assambleyasına qatılmaq üçün səfər etdim. Bakıda yaradılan infrastruktur, ilk Avropa Oyunları üçün hazırlanmış idman obyektləri bizdə böyük təəssürat yaratdı. Əminik ki, “Bakı-2015” bütün Avropa üçün çox uğurlu bir idman tədbiri olacaq.
Xəbər lenti
Hamısına baxSosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10

