/ / “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamdan irəli gələn məsələlər müzakirə edilib
“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamdan irəli gələn məsələlər müzakirə edilib
06.06.2015 [10:49]
İyunun 5-də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuat orqanlarının rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov görüşün əsas məqsədinin bir neçə gün əvvəl Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamdan irəli gələn məsələləri müzakirə etmək olduğunu deyib. Sərəncamın önəmindən danışan Əli Həsənov bildirib ki, bu, dövlətimizin başçısının milli mətbuatımıza və jurnalistikamıza, müstəqil Azərbaycanın inkişafında, xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında və təbliğində medianın oynadığı rola verdiyi önəmin göstəricisidir.
Əli Həsənov Sərəncamda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasına yubileylə bağlı Tədbirlər Planının hazırlanması və həyata keçirilməsinin tapşırıldığını xatırladıb.
Prezidentin köməkçisi deyib: “Milli mətbuatımızın 130 və 135 illik yubileylərinin keçirilməsini nəzərə alsaq, bu Tədbirlər Planının hazırlanmasında kifayət qədər təcrübənin olduğunu deyə bilərik. Bugünkü görüşdə də mətbuatın 140 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması məsələsini birgə müzakirə etmək qərarına gəldik”.
Əli Həsənov Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin ölkəmizdə geniş qeyd ediləcəyini diqqətə çatdırıb.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, bir neçə gündən sonra ölkəmizin həyatında əlamətdar tarixi hadisə baş verəcək - “Bakı-2015” ilk Avropa Oyunları başlayacaq. Birinci Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm hadisədir. O, ilk Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə, peşəkarcasına işıqlandırıldığını vurğulayıb, buna görə təşəkkürünü bildirib. Əli Həsənov deyib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi, postsovet ölkələri arasında dünyanın kosmik ailəsinə birincilər sırasında qoşulduğu kimi, Avropa Oyunlarının da ilk dəfə Bakıda keçirilməsi tariximizə yazılacaq önəmli hadisədir”.
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan dövləti tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər. Diqqətə çatdırılıb ki, ölkəmizdə milli mətbuatın yubileyinin qeyd edilməsi artıq ənənə halını alıb. Bu ənənənin əsasını Ümummilli lider Heydər Əliyev qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Milli mətbuatın yubileyi ilə bağlı imzalanan sərəncamlar hər zaman jurnalistlərin bayramına çevrilir. Dövlətimizin başçısının imzaladığı son Sərəncamda Azərbaycan mətbuatının 140 illik tarixinə nəzər salınır, medianın indiki və gələcək durumu, demokratik proseslərdə rolu diqqətə çatdırılır.
Vüqar Səfərli, həmçinin milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi haqqında məlumat verib.
Sonra Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb, müzakirələr aparılıb. Mətbuat Muzeyinin yaradılması, Mərkəzi Asiyada və digər ölkələrdə Azərbaycan mətbuatının izlərinin araşdırılması və bununla bağlı kitabçanın hazırlanması, “Əkinçi” qəzetinin 140 illik yubileyinə dair xatirə medalının təsis edilməsi və s. məsələlər səsləndirilən təkliflər arasında olub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

