/ / Gənclər təşkilatlarının nümayəndələri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçiriblər
Gənclər təşkilatlarının nümayəndələri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçiriblər
12.06.2015 [09:27]
Piketdə bu ölkənin bəzi KİV-lərinin və QHT-lərinin birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyası pislənilib
Dünən Azərbaycan gənclər təşkilatlarının təmsilçiləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçiriblər.
Aksiya iştirakçıları “İngiltərə, ikili standartlardan əl çək!”, “İngiltərə, ermənilərlə işbirliyin mübarək!”, “London platformasının insan hüquqlarına nə aidiyyəti?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” kimi şüarlar səsləndiriblər.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən piketin qətnaməsi oxunub. Qətnamədə deyilir: “Sabah (bu gün - red.) Bakı Olimpiya stadionunda birinci Avropa Oyunlarına start veriləcək. 50 ölkədən 6 mindən çox idmançının yarışacağı bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanması üçün böyük əmək sərf edilib, qısa müddət ərzində atletlər, jurnalistlər və şəhərimizin qonaqları üçün hər cür şərait yaradılıb.
Qitənin ictimai və mədəni həyatında əlamətdar bir hadisə olmasına baxmayaraq, bəzi dairələr ilk Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, ona ev sahibliyi edən Azərbaycanı gözdən salmaq üçün geniş təbliğat aparır, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları vasitəsi ilə iftira və yalan dolu məlumatlar yayır, müxtəlif aksiyalar təşkil edirlər. Təəssüf ki, Birləşmiş Krallığın media qurumları və QHT-ləri, BBC radiosu, “The Guardian” və “The İndependent” qəzetləri, “Platform London” təşkilatı bu istiqamətdə daha çox canfəşanlıq göstərir, böhtan kampaniyası aparanların ön sıralarında dururlar. Böyük Britaniya hökuməti isə belə hallara adekvat münasibət bildirmək, 150 nəfərlik heyətlə Bakıya gələn idmançılarını ruhlandırmaq əvəzinə, susqunluq nümayiş etdirir, bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin təxribatlarına hərtərəfli dəstək verir. Azərbaycanın iqtisadi potensialı, təbii və intellektual sərvətləri hesabına milyardlarla funt-sterlinq gəlir götürən bir ölkənin hökumətinin bu cür riyakar mövqe tutması təəccüb və hiddət doğurmaya bilməz.
Biz Birləşmiş Krallıq hökumətinin qərəzli və ikiüzlü siyasətini qətiyyətlə pisləyir, onu ölkəmizə qarşı siyasi təzyiq məqsədi güdən qarayaxma kampaniyasının iştirakçısı olmaqdan çəkinməyə çağırırıq”.
Daha sonra aksiya polislərin müdaxiləsi nəticəsində dayandırılıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

